Icma.az
close
up
RU
Ayxan Abbasov milliyə ədalət gətirəcək? “Amerika kəşf etməyə ehtiyac yoxdur”

Ayxan Abbasov milliyə ədalət gətirəcək? “Amerika kəşf etməyə ehtiyac yoxdur”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov olacaq. 

Onun təyinatı qısa zamanda rəsmən açıqlanacaq. Ayxan Abbasov çox doğru seçimdir”. 

Bu sözləri “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan futbolu yerli mütəxəssisə tapşırılması düzgün qərardır:

“Bizim çox yüksək səviyyəli futbolçulardan ibarət heyətimiz yoxdur ki, onu dünyaca məşhur baş məşqçiyə tapşıraq. Yəni bizim milliyə dünyanın nüfuzlu mütəxəssisini dəvət etməyə ehtiyac yoxdur. Bizə futbolçularımızın dilini və mentalitetimizi bilən məşqçi lazımdır. 

Yerli məşqçi futbolçularımızı daha yaxşı başa düşür və tanıyır. Ayxan Abbasovun ən önəmli xüsusiyyəti odur ki, əlindəki oyunçu qrupuna görə taktika müəyyənləşdirir. Yəni Amerika kəşf etməyə ehtiyac yoxdur”. 

Ekspert diqqətə çatdırıb ki, Ayxan Abbasov Qurban Qurbanovdan sonra yığmamızı çalışdıracaq ilk yerli baş məşqçi olacaq: 

“2018-ci ildən sonra ilk dəfə millimizin sükanı arxasında azərbaycanlı mütəxəssis dayanacaq. Əslində, uzun illərdir deyirdik ki, millimizi yerli məşqçi çalışdırmalıdır. Axır ki, AFFA da bununla bağlı qərar verdi. Görünür, növbəti Millətlər Liqası dönəmində də Ayxan Abbasovla yola davam edəcəyik. Bu da ən azı 2 illik müqavilə deməkdir. Artıq AFFA rəhbərliyi öz səhvlərini başa düşərək, düzgün addım atdı. Ayxan Abbasovun təyinatı yeni AFFA rəhbərliyinin atdığı ən doğru addımdır”. 

Elçin Cəfərov Ayxan Abbasovdan gözləntilər barədə də danışıb: 

“Ayxan Abbasovun dönəmində ən azından milli futbolçularımızda mübarizə ruhunu və əzmkarlığı görəcəyik. Üstəlik, Ayxan bəy oyun içərisində fərqli addımlar atacaq potensiala sahibdir. Məncə, yeni baş məşqçimiz ən düzgün seleksiyanı aparacaq. Çünki Ayxan Abbasov çempionatımızı və futbolçularımızı çox gözəl tanıyır. 

O, faydalana biləcəyi oyunçuları milliyə dəvət edəcək. Üstəlik, forma ədalətsiz paylanılmayacaq. Hər birimiz Ayxan Abbasovdan ədalətli seçimlər görəcəyik”.

Mütəxəssiz sonda onu da bildirib ki, Ayxan Abbasov “Şamaxı” və milli komandanı eyni vaxtda çalışdıracaq. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Milli Komanda Ayxan Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri