Icma.az
close
up
RU
Ayxan Abbasov: PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam?

Ayxan Abbasov: PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam?

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Şamaxı" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlər üçün maraqlı və gözəl oyun oldu. Öz meydanımızda məğlub olmadıq. Bu, bizi sevindirir. Böyük komandalara qarşı oynamaq çətindir. Futbolçularım yaxşı mübarizə apardılar. Məncə, xala layiq idik. Rəqib yaxşı formadadır. Son dəqiqələrdə ən çox qol buraxan komanda bəlkə də bizik. Bu mövsüm ilk dəfə son dəqiqədə biz vurduq. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- "Neftçi"nin ilk qolunda müdafiənin səhvinin olduğunu demək olar?

- Qol buraxanda onsuz da müdafiənin səhvi olur. Çox pis yerdə top itirdik. Rəqib bizi əks-hücumda yaxaladı. Müdafiəçilərimiz sıxlaşa bilmədilər. Asmanın qarşısını almaq olardı.

- Qarşıda "Qarabağ"la kubok oyunu var. Bu matçdan sonra komanda kubok görüşünə necə hazırlaşacaq?

- Çətin olacaq. Futbolçuları inandırıram ki, sıx qrafikdə oynamalıyıq. Dünyanın hər yerində bu cür olur. Bizdə problem odur ki, süni örtüklü meydançada məşq edirik, oynayırıq. Bərpa olmaq çox çətindir. "Qarabağ"ın gücü bəllidir. Bizim itirəcəyimiz bir şey yoxdur, ancaq qazana bilərik.

- Quba Olimpiya İdman Kompleksinin stadionunda qapılardan birinin kiçik olduğunu demişdiz. Daha sonra PFL açıqlama yaydı və bu iddianın əsassız olduğunu bildirdi. Bununla bağlı fikriniz necədir?

- Çox təəssüflənirəm ki, PFL mənə cavab verdi. Çünki məndən qabaq orada oynayan bütün məşqçilər etiraz etmişdi. Məndən də sərt danışmışdılar. Hətta bəziləri demişdi ki, bu stadionda niyə futbol oynanılır. Təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə etik normaları pozduğumu deyiblər. Harada pozmuşam, onu axtarıram. Neçə gündür axtarıram, amma tapa bilmirəm. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. 12 santimetr torpaq töküb problemi aradan qaldırırlarsa, biz hara gedirik? Başqa bir məqam deyim. Futbolçuları da fikirləşib deyirəm. Bəhlul Mustafazadənin "Nyukasl"la oyundakı zədəsi Quba stadionundan başladı. Milli komandanın üzvü 6 ay futbol oynamayacaq. Hər şeyə fikir verməliyik. Mən də çox şey danışa bilərəm, çox arqumentlərim var. Meydançamızı təmizləməyə görə bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizə meydança təmizləyib? Qarda da oynamışıq. Bizə deyiblər ki, bu gün oynamasaz, reqlamentə görə sabah oynamalısız. Amma başqaları sabah oynamadı. Belə şeylərə cavab verməsinlər. Biz nə demişik ki? Dərd orasındadır ki, Qubada oynayan bütün komandalar o qapıya etiraz ediblər. Biz günahkar axtarmırıq, istəyirik ki, düzələk. Özümüzə da deyirəm. İşıqlandırma olmalıdır, meydançanın ot örtüyü dəyişdirilməlidir. Bunu "Turan Tovuz"da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik. Amma biz geriyə gedirik. Nə vaxt sözümüz olsa, deyərik, heç kimdən çəkinəcəyimiz bir şey yoxdur. PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam? Məndən əvvəl danışan məşqçilərin sərt açıqlamalarına cavab verərdilər. Niyə vermədilər?

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Fevral 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri