Ayxan Abbasov: Qarabağ la səfərdə bir xal bizim üçün daha önəmlidir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının lX turunda səfərdə "Qarabağ"la oyundan (0:0) sonra mətbuat konfransında sualları cavablandırıb.
Millinin də baş məşqçisi olan A.Abbasov Oxu.Az əməkdaşının ona ünvanladığı "Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?" sualını cavablandırıb.
Mütəxəssis hər xalı komandası üçün vacib adlandırıb:
"Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 Oktyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















