Icma.az
close
up
RU
Ayxan Abbasov: Qol buraxandan sonra rəqib ehtiyatlı oynamağa başladı

Ayxan Abbasov: Qol buraxandan sonra rəqib ehtiyatlı oynamağa başladı

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının III turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Gərgin oyun olacağını bilirdik. "Sumqayıt" mövsümə yaxşı başlayıb. Biz də xal qazanmaq istəyirdik. Ötən oyun alınmamışdı. Bu gün iki tərəfin də hücumları oldu. Standart vəziyyətlərdən qollar vuruldu. Futbolçularım qol buraxandan sonra dağılmadı. Bundan sonra daha çox epizod bizdə oldu. İki komanda da bir xala layiq idi. Fasilə var. Çempionat gərgin keçir.

– Qarşıdan U-21-in Portuqaliya ilə oyunu var. Hazırlaşmaq çətin olmur?


– Portuqaliyanı təhlil etmişik. Böyük təcrübə olacaq. Ümid edirəm ki, bu sınaqdan üzüağ çıxarıq. İnanıram.

– Saşa İliç Rafaelin cinahın bağlayıb, Rüfət tərəfdən hücum edirdi…


– İki oyundur, sürprizlərlə qarşılaşırıq. "Sabah"la oyunda Amin Seydiyevin və Rəhmanın cinahda oynamasına hazır deyildik. Çünki buna qədər belə oynamamışdılar. Bu gün də Yankoviçin oynamaması maraqlı gəldi. Onu "Çukariçki"dən tanıyıram. İkinci hissədə meydana daha gümrah daxil oldu. Çətinlik çəkdik, qoldan sonra sistemi dəyişdik.

– İki hücumçuya keçəndən sonra epizodlar yaratdınız. Qarşıdakı oyunlarda bu sistemlə davam etməyi düşünürsünüz?


– İki hücumçu ilə oynamağı sevirəm. Yoldaşlıq görüşlərində bunu yoxlamışdıq. Qol buraxandan sonra rəqib ehtiyatlı oynamağa başladı. Son dəqiqələrdə yaxşı epizodlarımız oldu.

– Edqarın vurduğu qol qayıdışına təkan ola bilər?


– "Sabah"la oyunundan razı qalmışdım. Gənc futbolçularda stabillik həmişə olmur. Hər şey nəzarətimizdədir. Yaşla bağlı müəyyən şeylər var. Edqarın böyük potensialı var. Portuqaliya, Bolqarıstan kimi matçlar onlara kömək olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Avqust 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri