Ayxan Abbasov U 16 millisi ilə görüşüb
Icma.az bildirir, Apasport portalına istinadən.
Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb.
Apasport.az xəbər verir ki, məşqdən əvvəl Azərbaycanın A milli komandasının baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara qarşıdakı turnirdə uğurlar arzulayıb.
O, 15 yaşında dünya çempionatında iştirak etmək hüququ qazanmağın futbolçular üçün böyük şans olduğunu vurğulayıb:
“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”.
Görüşdən sonra Ayxan Abbasov yığmanın məşqini izləyib.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də keçirəcək. Komandamız saat 19:30-da “Crystal Hall”da Şərqi Timor yığması ilə qarşılaşacaq.
Yığmamız qrup mərhələsində, həmçinin Andorra, Avstraliya, İsrail və Haiti komandaları ilə üz-üzə gələcək.
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir FIFA U-15 Dünya Çempionatı: Millimizin heyəti bəlli oldu AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib AFFA İntizam Komitəsinin iclası keçirilib Naxçıvan stadionu təmirə bağlanır? - “Araz-Naxçıvan”DAN MƏLUMAT
Baxış sayı:112
Bu xəbər 21 Oktyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















