Ayxan Abbasovla birlikdə millidə dəyişikliklər etmək istəyirik Video
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli yığmamızın baş məşqçisi Ayxan Abbasov haqqında danışıb.
28 yaşlı hücumçu QOL.az saytına videomüsahibəsində A.Abbasovun rəhbərliyi altında oynamağın rahat olduğunu deyib:
"Qurban Qurbanovdan sonra Ayxan Abbasov millidə birlikdə çalışdığım 2-ci yerli məşqçidir. Yerli məşqçi ilə işləmək daha rahatdır. Çünki bir-birimizi anlamağımız, onun bizi, bizim də onu tanımağımız böyük rol oynayır. Bu, futbol mübarizəsində, oyun zamanı olan məqamlarda da hiss edilir.
Taktika, texnika, istək və mübarizə olduğu zaman nəticələr də qazanmaq mümkündür. Baş məşqçimizin bizim üçün nə qədər can yandırdığını görürük. Futbolçu da bir o qədər bunu məşqçiyə geri vermək istəyir. Həqiqətən Ayxan müəllimlə işləmək çox xoşdur. Düşünürəm ki, millinin hər bir üzvü mənim kimi düşünür. Hər birimiz ölkəmiz, millimiz, xalqımız üçün futbolda nəyisə dəyişmək, nələrsə etmək istəyirik. Mən çox ümid edirəm ki, biz Ayxan müəllmlə birlikdə bunu bacaracağıq".
Qeyd edək ki, M.Emreli 2017-ci ildən Azərbaycan millisinin üzvüdür. A.Abbasov isə ötən ilin sentyabr ayından yığmamızı çalışdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 08 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















