Icma.az
close
up
RU
Ayxan Hacızadə diplomatiya könüllüləri ilə görüşüb

Ayxan Hacızadə diplomatiya könüllüləri ilə görüşüb

Icma.az, Moderator.az saytına istinadən bildirir.

2 dekabr 2025-ci il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında 2025-2026-cı illər üzrə “Diplomatiya Könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü keçirilib.

XİN-dən Moderator.az-a verilən xəbərə görə, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edib.

Görüş zamanı könüllülərə Xarici İşlər Nazirliyin iş fəaliyyəti, strukturu, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupunun fəaliyyəti, proqramın məzmunu barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumlarının fəaliyyətinə könüllülərin cəlb olunması tapşırığını rəhbər tutaraq, 1 iyun 2019-cu il tarixində Xarici İşlər Nazirliyi nəzdində beynəlxalq münasibətlər və digər əlaqəli sahələr üzrə təhsil alan tələbələr, o cümlədən məzunlardan ibarət “Diplomatiya Könüllüləri” qrupunun təsis edildiyi diqqətə çatdırılıb. Qrupun əsasının qoyulmasından etibarən 300 nəfərin artıq könüllü proqramından məzun olduğu bildirilib.

Cari ilin avqust ayında diplomatiya könüllüləri sıralarına elan olunmuş qəbul prosesi nəticəsində, Nazirliyin rəsmi vebsaytında yaradılmış elektron sistem vasitəsilə 1000-dən artıqnamizədin üzvlük üçün qeydiyyatdan keçdiyi (ötən il təqribən 400 nəfər müraciət edib),müəyyən olunmuş tələblərə uyğun namizədlərlə onlayn müsahibə mərhələsinin nəticələrinə əsasən isə 95 nəfər namizədin diplomatiya könüllüləri sıralarına cəlb olunduğu qeyd edilib.

6 aylıq könüllülük proqramı çərçivəsində könüllü sıralarına cəlb olunmuş gənclərin XİN-in strukturu ilə tanışlığının təmin edilməsi, onlara iş prosesində lazım ola biləcək məlumatların verilməsi, habelə fəaliyyətlərində praktiki bacarıqların aşılanması məqsədilə XİN-in struktur bölmələrində təcrübəyə, habelə təcrübə çərçivəsində müxtəlif mövzular üzrə təlimlərə, o cümlədən bir sıra dövlət qurumları və işğaldan azad olunmuş ərazilərə səfərlərə cəlb olunmasının nəzərdə tutulduğu qeyd edilib.

Təşkil olunacaq proqramın əsas məqsədinin könüllülərin postmünaqişə dövründə xarici siyasət prioritetlərimiz, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin dinamikası, regional və beynəlxalq təşəbbüslər, müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə, parlament diplomatiyası və s. istiqamətlər üzrə həyata keçirilən tədbirlər, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə diplomat olmaq istəyən gənclər üçün vacib bilik və bacarıqlar kimi istiqamətlərdə məlumatlılığının artırılması olduğu diqqətə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri