Ayxan Hacızadə: Rusiya tərəfi qeyri dost addım atıb
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirilib.
Reyting.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, hadisə bu gün baş verib.
Ayxan Hacızadə qeyd edib ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Onun sözlərinə görə, nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.
“Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik", - deyə A. Hacızadə əlavə edib.
Bu mövzuda digər xəbərlər:Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa... Ayxan Hacızadə
24 Fevral 2025 17:27
Ayxan Hacızadə Paşinyana cavab verdi
16 May 2025 12:38
Ermənistan Xəzəri çirkləndirir Ayxan Hacızadə
13 Noyabr 2024 11:47
Ayxan Hacızadə: Ermənistan Xəzəri çirkləndirir
13 Noyabr 2024 12:19
Baxış sayı:52
Bu xəbər 04 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















