Icma.az
close
up
RU
Ayzek Azimov və Azərbaycan mozaikaları...

Ayzek Azimov və Azərbaycan mozaikaları...

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Sovetin vaxtında böyük şəhərlərdə böyük avtobuslarda və trolleybuslarda üç yerdə bilet qutuları olurdu. Heç bir nəzarət-filan yox idi, insanlar özləri yaxınlaşır, qutuya beş qəpiklərini atır və bilet götürürdülər. 

Hərdən nəzarətçilər reyd keçirirdilər ki, biletsiz sərnişinləri aşkarlayıb cərimələsinlər. Bu isə heç də hər gün olmurdu. 

Hətta biletlərlə bağlı bir riyazi məsələ də yaranmışdı: "xoşbəxt biletlər”in düşməsi ehtimalının hesablanması ki, bunu da daha çox ehtimal nəzəriyyəsi kurslarında araşdırırdılar...

Haradan yadıma düşdü bütün bunlar? Bizdə avtobuslarda ödəniş üçün bir qapı var. Sürücünün yanındakı elektron qutuya kartını yaxınlaşdımalısan ki, o, bunu görsün! 

Dayanacaqlarda adətən adam çox olur və proses əlavə vaxt aparır, avtobuslar dayanacaqlarda ləngiyirlər ki, bu da izafi sıxlıq və tünlük yaradır.

Sistem quraşdırılanda oxumuşdum ki, hətta bəyənmədiyimiz Qazaxıstanda belə neçə illərdir bu sistem tətbiq olunur və onlar indi daha səmərəli sistemə keçmək istəyirlər... 

Qazaxıstandan söz düşmüşkən, ölkə bir neçə ilin içində yeni paytaxt tikdi. Bizdə isə on illərdir müzakirə edirlər ki, görən, ali məktəblərin heç olmasa, bir hissəsini şəhərdən kənara çıxaraq, ya çıxarmayaq?..

Amma nəqliyyatla bağlı sözün qurtarmayıb. Taksi sferasında "sahman” yaratmaq ərəfəsində deyilmiş bir "arqument” hələ də yadımdan çıxmayıb. Nə deyirdi bizim ekspertlərimizin bəzisi onda? Çox şey, həm də bunu ki, bəs dünyanın heç yerində belə ucuz taksi yoxdur!.. 

Təsəvvür edirsinizmi? Başqa ölkələrdə fəxrlə deyilir ki, bəs bizdə filan mallar və yaxud xidmətlər ucuzdur. Bizdəsə az qala, göz yaşı tökürdülər ki, bəs taksilər çox ucuzdur! Bu ekspertlərdən soruşmaq lazım idi ki, axı sizə nə? Sizləri nə narahat edir? Axı kapitalizmdə kimsə zərərə işləməz! Odur ki, insanlar hətta ucuzluğuna baxmayaraq, taksi fəaliyyətilə məşğul olursa, deməli bu, onlara sərf edir...

Bu günlərdə baxıram, deyirlər, bəs taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək və ya keçirilibdir...

Olsun! İndi işə götürmək üçün hamını imtahan edirlər, bu baxımdan sürücülərimiz heç kimdən nə əskik deyil, nə də ki, artıq. Üstəlik, sürücülük vəsiqəsi almaq, sürücü işləmək üçün həmişə imtahan vermək lazım gəlib.  

Onu da qanıram ki, zəmanə dəyişib, ölkəyə gəlib-gedən çoxalıb. Ona görə də taksi sürücülərinə də adi yol hərəkətı qaydalarından, avtomobillə bağlı minimal biliklərdən savayı bəzi şeyləri də bilmək gərəkir: məsələn, ingilis dilində çox yox, cəmi bir neçə söz...

Amma bir detalı qeyd etməyə bilmirəm. Ötən ilin dekabrında Gürcüstanda ali təhsili olmayan bir adamı prezident seçdilər, onu imtahan etmədilər! Məgər Bakıda taksi sürmək Gürcüstanda prezident olmaqdan da çətindir?..

Həm də böyük bir alimin böyük bir fikri vardı ki, istənilən məsələni çox ekstrapolyasiya edəndə o, absurda çevrilir... 

Son vaxtlar bir məsələ də sistematik şəkildə gündəmə gəlir. Bu da sənədsiz evlər məsələsidir. Bilirsniz, biri var qanuni-qanunsuz, biri də var icazəli-icazəsiz! Bizdə çox şey qanunsuz, amma icazəlidir. Bu, necə olur? 

İcazə almadan, müəyyən adamların "bığının altından keçmədən” heç harasa bir çubuq da basdıra bilməzsiniz, ondan qala, qanunsuz ev tikmək ola! Bu evləri tikənlər də ehtimal ki, vaxtilə hansısa adamların icazəsini alıb bu işi görüblər. Həmin adamlar da bilərək ki, qanunsuzdur, buna müəyyən "hörmətin” müqabilində icazə veriblər və bu yolla az qala, böyük qəsəbələr yaranıb. İndi nə edək? Bu adamların durub evlərini uçuraq, küçəyə ataq onları? Əşi, sənədləşdirin bu evləri məsələ bununla da qurtarıb getsin də...

Bütün bunları yazanda qeyri-ixtiyari böyük fantast Ayzek Azimovun bir romanı yadıma düşdü. Roman Qalaktik İmperiyanın çökməsi haqqında idi. Maraqlı fikirlərə rast gələndə bunları bir yerə qeyd edirəm ki, yazılar üçün istifadə edim. 

Qalaktik İmperiya niyə çökdü? Ona görə ki, Qalaktikada "əlinə keçəni qamarla!” məntiqi qalib gəldi, bürokratiya çox gücləndi, təşəbbüskarlıq boğuldu, güclü təbəqələşmə yarandı, yeniliyə maraq stimullaşdırılmaq əvəzinə az qala, yasaq oldu...

Daha nə deyim? Bircə onu əlavə edə bilərəm ki, Ayzek Azimov çox ağıllı adam hesab olunur. Bəlkə onun da dediklərinə bir diqqət edək? Axı indi dillərdən düşməyən süni intellekt, robotlar haqda bu kişi az qala altmış-yetmiş il bundan əvvəl yazmışdı! 

Biri var analitik təfəkkür, biri də var, fəhm-intuisiya. Yazıçılarda, sənət adamlarında sonuncu güclü olur. 

Bunun yetərincə təsdiqi var: məsələn, Corc Oruell! Ağıllı adamlar hesab edir ki, Ayzek Azimov da belələrindəndir...

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see230

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see228

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see227

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see227

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see225

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see213

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see203

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see202

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see199

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see198

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see191

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see186

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see185

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see181

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see179

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see177

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see171

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see171

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see169

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri