AZ Alkmaar klubu Qalatasaray azarkeşlərinə şərt qoydu
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Niderlandın "AZ Alkmaar" klubu UEFA Avropa Liqasının V turu çərçivəsində "Qalatasaray"la keçiriləcək görüşə rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulan tribunadan başqa yerlərə bilet alanları stadiona buraxmayacaq.
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, nuna səbəb olaraq azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi göstərilir.
Qeyd edək ki, "AZ Alkmaar" - "Qalatasaray" görüşünü stadiondan izləmək və bilet əldə etmək istəyən azarkeşlər kluba müraciət etməli olacaqlar. Qonaq azarkeşlərin yerləşdiyi sektor üçün biletlərin satışı onlayn həyata keçirilmir.

AZ Alkmaar klubu Qalatasaray azarkeşlərinə şərt qoydu
26 Noyabr 2024 20:26

