Icma.az
close
up
RU
Az da olsa, bələdiyyələrlə bağlı ümidverici xəbərlər var

Az da olsa, bələdiyyələrlə bağlı ümidverici xəbərlər var

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bəzi siyasi partiyaların bu seçkilərdə iştirakına dair normal bir fəaliyyəti yoxdur


 Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. Dünən bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub. Qeyd edilib ki, bu layihə ənənəvi şəkildə gerçəkləşdirilməklə, onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə mühüm töhfələr verib. Sonuncu belə tədbir qısa müddət əvvəl ölkəmizdə Milli Məclisə seçkilər zamanı reallaşdırılıb. Budəfəki seminar bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin dinamik və intensiv davam etdiyi bir mərhələdə müxtəlif aidiyyəti məsələlərin və təcrübədə ortaya çıxan halların tam praktiki müzakirəsinə həsr olunub. 

Seminarda çıxış edən Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov ardıcıl, sistemli şəkildə həyata keçirilən maarifləndirmə layihələrindən danışıb və bu layihələrin azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb. Rövzət Qasımov həmçinin bələdiyyə seçkilərində vətəndaşların birbaşa Konstitusiya ilə təsbit edilmiş passiv seçki hüquqlarının daha səmərəli təmin olunmasında dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən işçi qruplarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladıb. Onların öz vəzifə və səlahiyyətlərini yerinə yetirərkən qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etmələrinin zəruriliyini diqqətə çatdırıb. Nəzərə çatdırılıb ki, 13 siyasi partiya MSK-da öz səlahiyyətli nümayəndələrini qeydiyyatdan keçirməklə, seçkilərdə iştirak edəcəklərini ortaya qoyub. 

2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 6 milyon 52 min 701 ədəd müəyyən edilib. Hazırda Azərbaycanda bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı 5 milyon 876 min 428 nəfərdir. Səsvermə 5 min 734 seçki məntəqəsində təşkil ediləcək. İndiyə qədər 6872 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb, 350-ə yaxın namizəd artıq qeydə alınıb. Müraciət edənlərin 50 faizdən çoxu 21-35 yaş arasında olanlardır. 

İqtisadçı-ekspert Razi Abasbəyli deyib ki, ölkədə yerli bələdiyyə seçkiləri keçirilir və siyasi partiyaların təşkilatlanması, kəndlərdən Bakıya qədər strukturlaşmasını şərtləndirən bu seçkidir. Amma heç bir siyasi partiyanın bu seçkilərdə iştirakına dair normal bir fəaliyyət yoxdur: "2025-ci ildən sonra bələdiyyələrlə bağlı yeni qanunlar, yeni səlahiyyətlər veriləcək. Bələdiyyələr qrant ala biləcək. Bələdiyyələrin vergi toplaması üçün yeni qanun layihələri hazırlanıb. Ölkə ərazisindəki qanunsuz  tikililərlə bağlı sənədləşmə başlayacaq. Nəticədə bələdiyyələr mülkiyyət hüququ veriləcək yarım milyon mənzil və bu kimi tikililərdən əmlak vergisi toplaya biləcək. Bələdiyyə torpaqlarının icarəyə verilməsi, idarə edilməsi ilə bağlı yeni layihələr həyyata keçiriləcək. Bələdiyyələr müvafiq olaraq layihələr hazırlayaraq qrant ala biləcəklər. Bir sözlə, az da olsa, bələdiyyələrlə bağlı ümidverici xəbərlər var. Amma heç kim az da olsa cəhd etmir. Bələdiyyələrdə 50+1 təmsilçilik imkanları olmasa da, siyasi partiyalar 30 faizlə belə bələdiyyə fəaliyyətinə nəzarət edə, şəffaflığın təmin edilməsinə cəhd göstərə bilər. Bununla da, ən yerlərdə partiyaların təmsilçiləri bələdiyyələrdə işlə təmin olunar. Bundan sonra isə yerli partiya təşkilatları formalaşa bilər. Düşünürəm ki, bu seçkilər hər şeyə rəğmən siyasi partiyalar üçün ən vacib təşkilatlanma seçkisidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2024 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri