“Az da olsa, şansımız var” Bahadur Həziyev
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
1-ci liqanın 25-ci turunda cari mövsümdə 13-cü məğlubiyyətini MOİK-dən alan “Qaradağ Lökbatan” 22 xalla sonuncu pillədə qərarlaşıb.
Komandada ab-havanın necə olduğunu öyrənmək üçün paytaxt təmsilçisinin liderlərindən Bahadur Həziyevlə əlaqə saxladıq:
“1-ci liqada ilk dəfə belə halla üz-üzə gəlirəm. Sözsüz, ab-hava mənfiyə doğru gedir. 2-ci liqaya düşmək ehtimalı ən çox bizdə görünür. Amma iki oyunumuz var. Çətin oyunlar olsa da, təslim ola bilmərik. Toparlanmaq çətin olsa da, buna məcburuq. Futboldu, hər şey ola bilər. Az da olsa, şansımız var. Hamımız birgə çalışıb bu qara zolaqdan çıxmağa çalışacağıq”.
MÜZƏFFƏR QULUZADƏ

Bahadur Həziyev: “Təmiz penaltimiz verilmədi”
06 Mart 2025 18:56
Bahadur Həziyev: Müdafiədə etibarlı çıxış etməyimizin nəticəsidir
29 Aprel 2025 12:04
Bahadur Həziyev: Premyer Liqada oynamaq hər kəsin arzusudur MÜSAHİBƏ
02 Fevral 2025 17:42
Məncə, şansımız az deyil, çünki... Şəhriyar Əliyev
28 Yanvar 2025 17:40
“Cuzi də olsa, şansımız var” Mahir Emreli
19 Noyabr 2024 00:23

