Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

“Az qalıb, hamısının ağa babası bir gün üzr istəyəcək...”

“Az qalıb, hamısının ağa babası bir gün üzr istəyəcək...”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Başlarında hamıdan seçilən papaq, uzun qapqara geyim, əllərində təsbeh, dillərində məclisdəki heç kəsin anlamadığı dua. Yas məclislərinin, ehsanların ən başında, xüsusi hörmət və ehtiramla düzülmüş yumşaq döşəklərdə oturub, yumşaq yastıqlara dirsəklənən, yeməyin onlar üçün xüsusi çəkilmiş ən yağlı tikələrindən pinti saqqallarına yağ axıda-axıda, acgözlüklə yeyən, arada bir yenə də heç kəsin anlamadığı dildə, başa düşülməyən sözlər mızıldanıb, məclisi sözün bütün mənalarında yola verən varlıqlar.

Qarşılarında oturanların avam olduğuna tam əmin olduqdan sonra ağlına və ağzına gələni danışar, məclisdəkiləri sakitcə durub onu dinləməyə vadar edər, hərdən səbəbsiz hiddətlənər, qarşısındakıları aşağılayar, bəzən hətta təhqir edərlər. Elə ki, məclisə ziyalı, oxumuş adam girdi, dərhal özlərinə çəki-düzən verər, sözlərinə sərhəd qoyar, bir anda ipə-sapa yatarlar. İşdi özlərindən ağıllısının, savadlısının məclisdə olduğunu bilsələr, tez- tez üzləri o adama dönər, sözlərinə təsdiq almaq üçün pauza verib gülümsəyər. Elə ki, məclisdəki ziyalı, özündən ağıllı olduğunu bildiyi adam həm də imkanlı, yəni güc sahibi oldu, sözləriylə, gözləriylə, hərəkətləriylə yaltaqlanar, “quyruq bulayarlar”...

Dövlət başçısının yerli televiziyalara yanvarın 7-si verdiyi müsahibədəki “əyalət mollası” ifadəsi mənim gözüm önünə bu mənzərəni gətirdi. Mənə elə gəldi ki, prezident əslində bu ifadə ilə bizim bütün düşmənlərimizə ümumiləşdirilmiş bir ad verdi. Onların mahiyyətcə kim olduğunu bu söz birləşməsi ilə ifadə etdi. “Əyalət mollası”- bu bəzən məsciddə xütbə verdiyi zaman ağzının qatığını dağıdan İranın dövlət məmurudur, bəzən təyyarəmizi yanlışlıqla (bəlkə daha düzgün ifadə etsək, qələt eləməklə) vuran rusiyanın saqqalı özündən məşhur, “küçə uşağı” ritorikası ilə danışan muxtariyyət rəhbəridir, bəzən də avropanın göbəyində insan haqqlarını, beynəlxalq hüququ özünə sərf etməyəndə zibil qutusuna atıb, sərf edəndə əlində bayraq edib üstümüzə gələn dövlət başçısıdır. Amilidir, Kadırovdur, Makrondur. Fərqli qiyafələrdə, fərqli dinlərdə, fərqli dillərdə amma eyni mahiyyətdə.

Di gəl, biz yazının əvvəlində təsvir etdiyim məclisdəki avamlar deyilik daha. İndi biz o məclislərin hörmət göstərilən, dəyər verilən, öz yeri və rolu olan iştirakçısıyıq. İndi biz özümüzə qarşı edilən “qələt”lərə görə onlardan “üzr istəməyi” tələb edən və bunu elətdirən tərəfik.

İranın göbəyində səfirliyimizə düzənlənən terror aktında da, Rusiya səmalarında “qələt edilib” vurulan təyyarəmizdə də ən çox bir şey aydın oldu, bu xalqın hər bir övladı öz dövləti, öz xalqı naminə özünü qurban verəcək qəhrəmandır. Hadisələr nə qədər fərqli olsa da, səfirlik hücumundakı mühafizəçi ilə təyyarə hadisəsindəki pilotlar bir o qədər oxşar idi. Fərqli hadisələrin oxşar qəhramanları onlarla adamın həyatını xilas etməkçün dəqiqələrlə çox böyük mərdlik və fədakarlıq göstərərək mübariz apardı. Və bacardılar! Öz canları və qanları bahasına hadisədən ən az itki ilə çıxılmasına nail oldular. Vətəni, vətəndaşı, dövləti naminə son damla qanlarına kimi “vuruşdular”. Heyif ki, təyyarə hadisəsindəki qəhramanlarımız, səfrilik hücumundakı qəhramandan fərqli olaraq qazi yox, şəhid oldular. Lakin, ən əsası odur ki, bu dövlət öz qəhramanlarının da, sıravi vətəndaşlarının da arxasında duracaq qədər qüdrətlidir. Dövlət naminə axan qan heç bir halda yerdə qalmır. Düşmənlərə rəğmən, minlərlə “əyalət mollasına” rəğmən...

(Yeri gəlmişkən, müsahibədə İranda səfirliyimizə edilən hücumla bağlı danışan dövlət başçımız İran dövlətinin əslində nə qədər qeyri-səmimi, lap açıq desək riyakar olduğunu konkret faktlarla göstərdi. Özünü böyük, güclü, “regionun ağası” sayan bir dövlət ikinci adamı səviyyəsində, öz dövləti adına söz verir, di gəl bu söz hələ də yerinə yetirilmir. Özlərindən soruşsan, yəqin deyəcəklər ki, “Baba, o sözü verən adam öldü də, ta yoxdu ki...” Belə olanda gərək “min illlik dövlət” iddiasında olanlara dövlətçilikdən, dövlət ənənəsindən dərs keçəsən. Ya da eləcə dsual edəsən ki, “Babaaa, bir yaxşı fikirləşin, o vertalyotda ölənlər adamlar idi, yoxsa dövlətin özü???”)

İndi biz o əyalət mollalarından da, onların havadarlarından da qat-qat güclü, əzmliyik. Bəziləri bunu yaxşı bilir, “biz olan məclislərdə” hərəkətinə də, sözünə də fikir verir. Bəziləri isə zamanla anlayacaqlar. Geci, tezi var, onlar da quyruq bulayacaqlar. Çünki, “əyalət mollası”nın xarakterində var, yuxarıda yazdığım kimi. Dövlət başçısı da məhz bu baxımdan məsələni konkretləşdirirdi: “O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir”.

Daha bundan açıq necə deyilsin ki, bizim baş qoşacağımız adam əyalət mollası deyil, o dövlətin başçısıdır, “onu ora təyin edən adam”dır. Necə ki, digər “əyalət mollası”- Kadırov, təyyarə hadisəsində min oyundan çıxdı, iranlı “tərəfdaşı” Amili kimi canlı yayın açdı, ucadan- ucadan danışıb özünü tərəf kimi göstərmək istədi, amma sonunda üzrü Rusiyanın dövlət başçısı istədi.

Şəxsi həyatda hamıdan daha çox ədalətsizdirlər. Məsciddə qardaşlıqdan danışarlar, həyatda qardaşları ilə yola getməzlər.

Minbərlərdə susuz qalanlara ağlayarlar, minbərdən düşüb gedib qonşunun suyunu kəsərlər. Minarələrdən “ədalət, haqq” bağırarlar, elə ki yerə yendilər, min oyundan çıxıb, min haqsızlıq edərlər. El içində zinanı lənətləyərlər, tənhalığa keçdilərmi, siğə axtararlar.

Budur İranın əyalət mollalarının əsl üzü. Budur bizim bütün düşmənlərimizin xarakteri. Hamısı belədir, bu ağılda, bu düşüncədə, bu fikirdədirlər. Amma ki daha keçməz. Az qalıb, hamısının “təyin edəni”, ağa babası bir gün üzr istəyəcək.

Onda baxarıq hələ, üzrü qəbul edirikmi?

Çingiz Özgür

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri