Icma.az
close
up
RU
“Az qonorar təklif edəndə özümü təhqir olunmuş kimi hiss edirəm”

“Az qonorar təklif edəndə özümü təhqir olunmuş kimi hiss edirəm”

Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Az qonorar təklif edəndə özümü təhqir olunmuş kimi hiss edirəm”

“Əvvəllər biz elə mahnılar oxuyurduq ki, sənət göstərə bilək. Amma indi elə mahnı oxumaq istəyirik ki, o bizə pul qazandırsın, daha çox sevilsin. Çalışıram ki, mahnılarım gözəl olsun. Bu sənətin vəfasız olduğunu insan anlayır. Ömür ötür... Keçən günü geri qaytarmaq mümkün deyil. Ona görə zamanla çalışırsan ki, hər tərəfli düzgün şəkildə istifadə edə biləsən”.

OLAY yazır ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Özəl” verilişində deyib.

Sənətçi bildirib ki, sənətlə məşğul olaraq övladlarını ac qoya bilməz:

“Tam şəkildə sənətlə məşğul olub, ac qalmaq olmaz. İxtiyarım yoxdur ki, ömrümü sənətimə həsr edim, övladlarımı ac qoyum və ya özüm istədiyim geyimi alıb, geyinə bilməyim”.

Xuraman bildirib ki, ucuz qiymətə xına məclislərinə getmir:

“O zamanlar iş daha çox idi. Demirəm ki, indi azdır. O gün mənə Moskvadan bir zəng gəldi. Həmin şəxs elə bir yerdəndir ki, o yerin camaatı pulludur, digər bölgələrimizdən də seçilir. Deyir ki, xına etmək istəyirik və istəyirik ki, siz bu xınanı edəsiniz. Dedim ki, filan qiymət. Həmin qiymət isə çox münasibdir. Cavab olaraq çox aşağı məbləğ dedi və söylədi ki, ailə üzvləri başqa bir insanla daha ucuz məbləğə xınanı danışıblar. Məndə dedim ki, o zaman gedin həmin insanla xınanızı edin və mən bu şeylərə görə də artıq xınadan çıxmaq istəyirəm. Çünki xınanı o qədər ucuzlaşdırıblar ki... Keçən səfər bir yazı çıxdı qabağıma – “130 manata xına məclisini aparmaq”. Aparın amma mən axı müğənniyəm tək xına aparıcısı deyiləm. Mən həm müğənni, həm aparıcı, həm də təşkilaçıyam. Dekor şirkətim var. Mən hər bir şeyi yüksək şəkildə təşkil edirəm. Bu cür aşağı məbləğ mənə təklif edəndə özümü təhqir olunmuş kimi hiss edirəm. Baxıb deyirəm ki, bu nə cür qiymət verməkdir. 

Mənim özümə uyğun müştərilərim, dinləyicilərim, audutoriyam var. Elə ailələr var ki, onların həm bacısının, həm qardaşının, qohumlarının məclisində oxumuşam. Zəng vurub və belə deyəndə ağlı başında olmayan insan bəlkə də intihar edər. Axı bu nə düşüncə, nə yanaşmadır? Şok yaşadım! Dedi ki, biz 1500 manatla bir yer danışmışıq... İnsanları o qədər aldadırlar və ya həmin insanlar zəng edib deyirlər ki, yerimiz artıq doludur, yalnız 3 və ya 2 minlik paketimiz var. Belə marketinqlər edib, oyunlar oynayırlar. Hiylələr qururlar. Dürüstlük çox az qalıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://olay.az
archiveBu xəbər 17 Aprel 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri