AZ SİLK MMC nin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
"AZ SİLK" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi bununla bağlı məhkəməyə müraciət edib.
Buna səbəb şirkətin dövlət büdcəsinə 34 330,08 manat vergi borcunun olmasıdır. Borcla bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş həyata keçirilməyib.
Məhkəmənin qərarı ilə “AZ SİLK” MMC-nin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Həmçinin ondan 100 manat dövlət rüsumunun tutulmasına qərar verilib.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Fazil Ziyafət oğlu Hümmətovdur.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 01 Oktyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















