Azad edilmiş ərazilərdə bir ayda 783 mina zərərsizləşdirildi
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə noyabr ayında həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.
Doğru.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılan əməliyyatlar zamanı piyadaəleyhinə 575, tankəleyhinə 208 mina, eləcə də 6 min 510 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Məlumata əsasən, noyabr ayı ərzində ümumilikdə 6 min 443,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:Azad edilmiş ərazilərdə ötən ay 783 mina, 6510 PHS aşkarlanıb
01 Dekabr 2025 13:41
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
28 Sentyabr 2026 12:23
Azad olunan ərazilərdə 155 mina zərərsizləşdirildi
18 Noyabr 2024 11:39
Azad olunmuş ərazilərdə 155 mina zərərsizləşdirildi
18 Noyabr 2024 11:48
Baxış sayı:92
Bu xəbər 01 Dekabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















