Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə ƏDV dən azad edilən sahələr

Azad edilmiş ərazilərdə ƏDV dən azad edilən sahələr

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

“İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilib.

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib. Belə ki, kənd təsərrüfatı istehsalının bir sıra sahələri, şərabçılıq, habelə müəyyən tikinti materiallarının istehsalı güzəşt tətbiq edilən fəaliyyət sahələrinə əlavə edilib.

Bununla əlaqədar olaraq, həmin fəaliyyət sahələri üzrə istifadə olunan bir sıra xammal, material, texnika, texnoloji avadanlıq və qurğuların idxalı da əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısına daxil edilib.

Dəyişikliklərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı və istehsal sahələrinin inkişafının dəstəklənməsi, eləcə də həmin ərazilərə yeni texnologiyaların və müasir avadanlıqların cəlb edilməsinin təşviq edilməsidir.

Beləliklə, siyahıya aşağıdakılar əlavə edilib:

1-1.

0141

Südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi

1-2.

0142

Digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi

1-3.

0322

Şirin su hövzələrində balıqyetişdirmə

1-4.

10.11

Ət emalı və konservləşdirilməsi

1-5.

10.12

Ev quşlarının ətinin emalı və konservləşdirilməsi

1-6.

10.13

Ət məhsulları və ev quşlarının ətindən alınan məhsulların istehsalı

1-7.

10.20

Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi

1-8.

10.41

Yağ və piylərin istehsalı

1-9.

10.51

Süd və pendir məhsullarının istehsalı

1-10.

1091

Fermalarda saxlanılan heyvanlar üçün hazır yemlərin istehsalı

1-11.

1102

Üzümdən şərab istehsalı

6-1.

21

Əczaçılıq məhsullarının istehsalı

6-2.

22.21.30

Armaturlaşdırılmamış və ya digər materiallarla kombinə edilməmiş plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqların istehsalı

6-3.

22.21.41

Məsaməli plastmasdan sair plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqların istehsalı

6-4.

22.23.11

Döşəmə, divar və tavan üçün plastmasdan rulon və ya plitə şəklində örtüklərin istehsalı

6-5.

23.13.12

Şüşə saxsıdan başqa, stəkanların istehsalı

8-1.

2571

Bıçaq məmulatlarının istehsalı

8-2.

25.99

Digər qruplara daxil edilməyən sair hazır metal məmulatlarının istehsalı

16.

3511

Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı (paylarının (səhmlərinin) 50 (əlli) faizi və daha artıq hissəsi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslər

istisna olmaqla)

17.

72

Elmi tədqiqatlar və işləmələr

18.

8292

Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması

İkinci və üçüncü siyahılar üzrə müəyyən edilmiş texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların yalnız birinci siyahıda qeyd edilmiş iqtisadi fəaliyyət sahələri üzrə istehsal qurulacağı təqdirdə idxalın əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması nəzərə alınır. İnvestisiya layihələrinə güzəştlər yalnız texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı tətbiq edilir.

101-1.

3404

Süni mumlar və hazır mumlar

126-1.

3901

İlkin formalarda etilen polimerləri

142-1.

3923

Malların nəqli və ya qablaşdırılması üçün plastmasdan məmulatlar; plastmas tıxaclar, qapaqlar, qalpaqlar və tıxaclama üçün digər vasitələr (yalnız tava və qazan

istehsalında istifadə olunan)

315-1.

7315

Qara metallardan zəncirlər və onların hissələri yalnız liftlər,

eskalatorlar və digər qaldırıcıların istehsalında istifadə olunan)

318-1.

7323

Qara metallardan süfrə, mətbəx məmulatları və ya məişət ehtiyacları üçün digər məmulatlar və onların hissələri; qara metallardan “yun”; qara metallardan mətbəx qablarının təmizlənməsi üçün liflər, təmizləmə və ya pardaqlama üçün yastıqcıqlar, əlcəklər və analoji məmulatlar (yalnız tava və

qazan istehsalında istifadə olunan)

337-1.

7615

Alüminiumdan süfrə, mətbəx və ya məişət ehtiyatları üçün digər məmulatlar və onların hissələri; alüminiumdan mətbəx qablarını təmizləmək üçün liflər, təmizləmə və ya pardaqlama üçün yastıqcıqlar, əlcəklər və analoji məmulatlar; alüminiumdan sanitar-texniki avadanlıq və onun

hissələri (yalnız tava və qazan istehsalında istifadə olunan)

338-1.

7905

Sink plitələri, vərəqləri, zolaqları və ya lentləri və folqa

338-2.

7907

Sinkdən digər məmulatlar

344-1.

8407

Dövrü və ya irəli-geri hərəkət edən porşenli, qığılcımla alışan daxili yanma mühərrikləri (motosikletlər və mopedlərin sənaye (yığım) müəssisəsində sənaye yığımı

məqsədilə)

344-2.

8425

Skipli yük qaldırıcılarından başqa, qaldırıcı tallar və qaldırıcılar; bucurğadlar və dolamaçarxlar (kabestanlar);

domkratlar

344-3.

8431

Yalnız və ya əsasən 8425-8430 mal mövqelərinin avadanlığı üçün nəzərdə tutulmuş hissələr (yalnız liftlər, eskalatorlar və digər qaldırıcıların istehsalında istifadə

olunan)

350-1.

8530

Dəmir yollarında, tramvay xətlərində, avtomobil yollarında, daxili su yollarında, avtomobil dayanacaqlarında, limanlarda və ya aerodromlarda hərəkətin təhlükəsizliyinin və ya idarə olunmasının təmini üçün elektrik siqnalizasiya qurğuları

(8608 mal mövqeyinin avadanlığından başqa)

350-2.

8531

8512 və ya 8530 mal mövqeyinin avadanlığından başqa, səs və ya vizual siqnalizasiya elektrik avadanlığı (məsələn, zənglər, sirenalar, indikator panelləri, mühafizənin təmin edilməsi üçün və ya yanğın təhlükəsizliyi üçün

siqnalizasiya qurğuları)

350-3.

8535

1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, əriyən qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürücüləri, cərəyan qəbulediciləri, cərəyan götürücüləri və digər

birləşdiricilər, birləşdirici qutular)

350-4.

8536

1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün

birləşdiricilər

350-5.

8537

Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını və qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar, bölüşdürücü

şitlər və elektrik aparatları üçün digər təməllər

350-6.

8538

8537 mal mövqeyinin məmulatları üçün nəzərdə tutulmuş, lakin müvafiq aparatura ilə komplektləşdirilməmiş,

pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və digər təməllər, elektron modullar

351-1.

8543

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, fərdi funksiyaları olan elektrik maşınlar və aparatura (yalnız liftlər, eskalatorlar və digər qaldırıcıların

istehsalında istifadə olunan)

355-1.

8608

Dəmiryol və ya tramvay xətləri üçün yol avadanlığı və qurğuları; mexaniki siqnal avadanlığı, dəmir yollarında, tramvay xətlərində, avtomobil yollarında, daxili su yollarında, dayanacaq obyektlərində, limanlarda və ya aerodromlarda hərəkət təhlükəsizliyinin və ya idarə

edilməsinin təmini üçün qurğular

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri