Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə torpaqların icarəsi üçün müsabiqə elan olundu

Azad edilmiş ərazilərdə torpaqların icarəsi üçün müsabiqə elan olundu

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır. 

"Unikal" xəbər verir ki, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri 

s.s

Rayon adı

Sahə

İstiqamət

  Məlumat

qeyd

1

Xocavənd

4368 ha

Bağçılıq

Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə edilməklə müəyyənlədirilmiş massiv sahələr – 4368 ha, 83 parsel

 

2

Xocalı

1500 ha

Bağçılıq

Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə edilməklə müəyyənlədirilmiş massiv sahələr – 1500 ha, 32 parsel

 

3

Laçın

1008 ha

Heyvandarlıq və Bağçılıq 

Laçın rayonunun Minkənd, Qarakeçdi və Kamallı kəndləri arasında yerləşən massivdə heyvandarlıq üçün -  775 ha, 2 parsel

Bağçılıq üçün bağ yerlərinin ətrafındakı  ərazilərlə - 233 ha,6 parsel

   

İcarə müddəti: İcarə müqaviləsi ilkin olaraq 5 (beş) il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır.

İnvestisiya layihəsinin istiqaməti: (bağçılıq və heyvandarlıq);

Ərizə qəbulunun başlanma vaxtı: (1 sentyabr, 2025-ci il, saat 09.00)

Ərizə qəbulunun bitmə vaxtı: (15 oktyabr, 2025-ci il saat 18.00)

Ərizələrin qəbul ediləcəyi informasiya sistemi: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az)

Təqdim olunacaq investisiya layihəsində nəzərə alınmalı olan məlumatlar və tələblər (şərtlər):

layihənin məqsədləri və mərhələli şəkildə icra müddəti göstərilməklə, layihənin təşkilati planı (o cümlədən istehsal və maliyyə planları)

satış bazarının xarakteristikası (o cümlədən istehsal ediləcək məhsulların xarici bazarlara çıxış imkanları);

məşğulluğun təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər, yaradılacaq iş yerləri, habelə layihənin icrası zamanı yerli resurslardan (yerli işçi qüvvəsindən (işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və yaşayan şəxslərdən), mal, iş və xidmətlərdən) istifadə edilməsi;

layihənin həyata keçirilməsi zamanı aqrar sığorta sisteminin tətbiq edilməsi;

istehsal üçün tələb olunan avadanlıq haqqında məlumatlar (o cümlədən məhsulun saxlanılması üçün elevatorlar (taxıl siloları) və soyuq hava depoları);

layihə ilə bağlı növbəti illərdə kreditə tələbatın dövrlər üzrə bölgüsü (aylar və illər üzrə ehtiyac olan kredit məbləğlərini göstərən qrafik);

layihə üzrə risklərin qiymətləndirilməsi;

layihənin icrasının ətraf mühitə, torpaqların münbitliyinə mənfi təsirlərinin qarşısının alınması, ekoloji risk səviyyəsinin azaldılması üçün həyata keçiriləcək tədbirlər, habelə yaşıl texnologiyaların tətbiq edilməsi;

Qeyd. Bağçılıq sahəsi üzrə təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli və Qaydalarda nəzərtə tutulan tələblərə cavab verməlidir (https://e-qanun.az/framework/58341) 

Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS_də qeydiyyatdan keçməli, “Müraciətlərim” bölümündə “Müsabiqədə iştirak” seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlamalıdır:

İştirakçının şəxsiyyətini təsdiq edən sənədin surəti, qeydiyyat ünvanı, VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar, əlaqə nömrələri, elektron poçt ünvanı;

hüquqi şəxslər üzrə əlavə olaraq dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;

ərizəçinin oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olması, habelə idarəetmə imkanlarına, biliklərə, innovasiyaya, texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olması barədə özünün hazırladığı məlumat və təsdiqedici sənədlər;

ərizəçinin Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin və riskli vergi ödəyicisi olmaması barədə təsdiqedici sənədlər;

ərizəçinin son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında – maliyyə vəziyyəti barədə hesabat və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış, bütün fəaliyyət dövrünü əhatə etməklə);

müsabiqədə iştirak haqqının ödənildiyini təsdiq edən sənəd;

İnvestisiya Komissiyanın yerləşdiyi ünvan, telefon nömrələri və elektron poçt ünvanı; 

AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 

Əlaqə nömrələri: (012) 498-08-44, 498-89-14

Elektron poçt: [email protected]

Fax: (012) 498-64-49

müsabiqədə iştirak haqqının məbləği: hər iştirak üzrə 50 manat 

müsabiqədə iştirak haqqının köçürüləcəyi müvafiq bank hesabı: 

Adı/Name: Dövlət Xəzinədarlıq Agentliyi

Kod/Code: 210005

VÖEN/İNT: 1401555071 (Dövlət Xəzinədarlıq Agentliyi)

VÖEN/İNT: 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT/ SWİFT: CTREAZ22

Hesab №/Account № AZ94CTRE00000000000002188301 (Mərkəzi Aparat)

Büdcə səviyyəsi kodu: 7

Büdcə təsnifatı kodu: 142330


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri