Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
İşğaldan azad edilmiş rayonların ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir.
Sfera.az xəbər verir ki, bunu ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, işğaldan azad edilmiş Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə ümumi sahəsi 92656,2 ha olan yeni milli parkın yaradılması nəzərdən keçirilir:
"Bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb. Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".
Baxış sayı:49
Bu xəbər 10 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















