Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2024-cü ilin oktyabrın 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.
Sonxeber.az xəbər verir ki, APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.
Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9 406 nəfər) olub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə ortaaylıq nominal əməkhaqqı 1 771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.
Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və ortaaylıq əməkhaqqı məbləği verilib:
Xatırladaq ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768.3 min nəfər, ortaaylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















