Icma.az
close
up
RU
Azad edilmiş ərazilərə köçürülənlərdən 8 mini işlə təmin olunub Rəsmi

Azad edilmiş ərazilərə köçürülənlərdən 8 mini işlə təmin olunub Rəsmi

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyində ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.
O qeyd edib ki, onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub:
“Proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha 5 yeni zərf (kotançılıq, qəssab, avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri, avtorazval xidməti və özünəxidmət avtoyuma) əlavə edilib, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Bundan başqa, ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib”.
Hasil Abbasov bildirib ki, “Məşğulluğa Dəstək Layihəsi” üzrə 2020-2025-ci illərdə 26,7 min nəfər üçün kiçik bizneslər qurulub və növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək.
Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 18,4 min şəxs üçün peşə hazırlığı kursları təşkil edib, Bakı və bölgələrdə ümumilikdə 18 mindən çox vakansiyanın təqdim edildiyi 218 əmək yarmarkası keçirib, 343 min şəxsə düzügün peşə seçiminə dəstək məqsədli peşəyönümü xidmətlər göstərib. “PeşəFest” tədbirlərinin davam etdirildiyi ötən ildə Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti də keçirilib.  
Əməkhaqqının birgə maliyyələşməsi proqramının icrası, məşğulluq xidmətlərin rəqəmsallaşdırılması işlərinin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu diqqətə çatdırılıb.
Mətbuat konfransında Agentliyin ötən ilki beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs olunub, qurumun keçən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçildiyi, 13 beynəlxalq mükafata layiq görüldüyü bildirilib.
Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə hədəflərindən də bəhs olunub və media nümayəndələrinin sualları cavablandırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri