Icma.az
close
up
RU
Azad Əsgərov: UFC Fight Night ın təşkilatçılığı yüksək səviyyədə idi

Azad Əsgərov: UFC Fight Night ın təşkilatçılığı yüksək səviyyədə idi

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda “UFC Fight Night” turniri yüksək səviyyədə təşkil olunub.

İdman.biz xəbər verir ki, bunu “Report”a Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov bildirib.

O, azərbaycanlı döyüşçülərdən Nazim Sadıxov və Rafael Fiziyevin gözlənildiyi kimi çıxış etdiyini və qələbə qazandıqlarını vurğulayıb: “Nazim Sadıxov və Rafael Fiziyev haqqında necə fikirləşmişdiksə, elə də oldu. Yalnız Tofiq Musayev problem yaşadı, gözlənilmədən uduzdu. O, güləşdə rəqibinə məğlub oldu. Hər birimiz döyüşlərdə uduzmuşuq və ya qələbə qazanmışıq. Lakin uduzmaq zəiflik deyil. Tofiqin hələ qarşıda döyüşləri və müqaviləsi var. İnşallah, özünü təsdiq edər və bizi sevindirər. Təcrübəli idmançıdır, bunu özü də anlayır. Əslində Tofiq döyüşdən imtina edə bilərdi. Çünki rəqibi əvvəlcədən razılaşdırılandan daha artıq çəki ilə gəlmişdi. Lakin mərdlik göstərdi və vuruşdu. Sübut etdi ki, onun üçün rəqibin durumunun fərqi yoxdur. Nazimin döyüşü də maraqlı oldu. Həmçinin Rafaelə böyük diqqət göstərilirdi. Təbii ki, Azərbaycan təmsilçilərinə, onların hər bir hərəkətinə, xırdalıqlara fikir verirdik. Səhv buraxmamalarını və qələbə qazanmalarını istəyirdik. Hər ikisi ilə bağlı gözləntilər özünü doğrultdu və qələbə qazandılar”.

Qurum rəhbəri Camal Hill və Halil Rountri arasında baş tutan gecənin əsas döyüşü haqqında da danışıb: “Tofiq haqqında dediyim kimi, digər idmançılar da oxşar situasiyalarla üzləşə bilərlər. Məsələn, idmançı amerikalıdırsa, saat fərqi rol oynaya bilər. Uyğunlaşma olmalıdır. Düzdür, düşünə bilərik ki, 10 gündür Bakıdadırlar. Ancaq onların uyğunlaşıb-uyğunlaşmadıqlarını bilmək olmaz. Bəlkə fikirləri yayınıb. Çünki həmin idmançıları tanımırıq. Onları daha yaxşı tanıyanlar dəqiq fikir bildirə bilərlər. Bəlkə də döyüş tərzləri belədir. Üstəlik, yaşlandıqca fiziki durumda dəyişiklik ola bilər. Birini pisləyib digərini tərifləyə bilmərik”.

Federasiya rəhbəri hakimlərlə bağlı düşüncələrini də bölüşüb: “Rusiyalı Taqir Ulanbekovla qazaxıstanlı Maksum Azatın döyüşünə toxunmaq istərdim. Fikrimcə, Azat rəqibindən daha fəal və üstün idi. Təbii ki, bu, şəxsi fikrimdir. Hakimlər öz düşüncələrinə görə qərar veriblər. İdmanda olduğum üçün deyirəm, mən qələbəni qazaxıstanlı döyüşçüyə verərdim. Döyüş başabaş gedirsə, kim daha fəal və hərəkətlidirsə, hansı idmançının zərbələri güclüdürsə, qələbə də ona veriməlidir. Düşünürdüm ki, Qazaxıstan idmançısı qalib gələcək. Qələbənin nə üçün rusiyalı idmançıya verilməsi mənə qaranlıq qaldı”.

O, “UFC Fight Night” turnirinin təşkilatçılığını yüksək qiymətləndirib: “Yarışla bağlı təəssüratlarım ümumilikdə çox gözəldir. Təşkilatçılar hər xırdalığa fikir vermişdilər. Ab-hava gözəl idi. Zala minlərlə insan gəlmişdi. Həmçinin təşkilatçılıq yüksək səviyyədə idi. Həqiqətən Azərbaycanda belə yarışlar zamanı təşkilatçılıq yüksək olur. Xaricdən gələn elə bir şəxs ola bilməz ki, buradan narazı getsin. Azərbaycan həqiqətən təşkilatçılığı ilə dünyaya səs salır. Bu həm də ölkəmiz üçün bir reklamdır”.

Qeyd edək ki, Bakı Kristal Zalında baş tutan “UFC Fight Night” turnirində Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb. Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. Rountri yekunda qalib elan olunub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri