Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Benzema “Arsenal”a məsləhət bilinib

“Azad həmfikirlər” mərhəmətə çağırır

“Azad həmfikirlər” mərhəmətə çağırır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən amillərdən birini cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin potensialından səmərəli istifadə təşkil edir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır.

Ölkəmizdə yalnız dövlət qurumları deyil, Qeyri-Hökumət Təşkilatları da gənclərin, xüsusilə sağlamlıq imkanları məhdud insanların maarifləndirilməsi, cəmiyyətə adaptasiyası, layiqli vətəndaş kimi formalaşması istiqamətində işlər aparır, müxtəlif layihələr həyata keçirirlər. Belə QHT-lərdən biri də “Azad həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyidir.

Təşkilatın rəhbəri Samirə Mustafayeva söhbət zamanı ötən illərdə icra etdikləri layihələrdən söz açdı:

– 2004-cü ildə dövlət qeydiyyatına alınan ictimai birlik gəncləri müxtəlif sahələrdə maarifləndirir, onların sosial rifahının yaxşılaşdırılmasına, bu sahədə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verir, sağlamlıq imkanları məhdud uşaqlara və ailələrinə sosial, psixoloji və hüquqi yardım edir.

Təşkilatın üzvləri fərqli ixtisas sahibləridir. İndiyə qədər müxtəlif sahələrdə 100-dən çox layihə həyata keçirmişik. Bunlardan regional “Qafqaz bizim ümumi evimizdir”, “Bakı İslam dünyasının mədəni paytaxtıdır”, “Xəzərin ekologiyası və ətraf mühitin qorunması üçün yeniyetmə gənclərin maarifləndirilməsi”, “10–11-ci sinif şagirdləri üçün test imtahanlarına hazırlıq kurslarının keçirilməsi”, “Kompüter və mühasibat uçotu kurslarının təşkili” adlı layihələri icra etmişik.

Amsterdamda və Berlində Azərbaycan həqiqətlərinin təbliği ilə, Londonda ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı tədbirlər keçirmiş, “Erkən nikaha meyil salmağa dəyərmi?”, “Erkən nikahla bağlı maarifləndirmə tədbirlərinin təşkili”, “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası”, “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzi xidmətinin göstərilməsi” və digər bir sıra layihələri reallaşdırmışıq.

Ötən il “Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi” adlı layihəni həyata keçirərkən uşaqlara qarşı cinsi zorakılıqla bağlı maarifləndirici məlumatların, internet zorakılığı, uşaqların birbaşa hüquq-mühafizə orqanlarına müraciət imkanları barədə biliklərin yayılmasına, habelə zorakılığa məruz qalmış uşaqlara yardım göstərilməsinə diqqət etdik. Reallaşdırdığımız layihədə iştirakçıların yaş həddi nəzərə alınmasa da, gender nisbəti gözlənildi. Risk qrupuna daxil olan uşaqların və onların valideynlərinin, müəllimlərin iştirakı ilə seminar keçirildi.

– İctimai birliyin hazırkı fəaliyyətinin əsas istiqaməti necədir?

– Bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bölgələrdə yaşayan sağlamlıq imkanları məhdud şəxslərlə bağlı, onların dünyagörüşlərinin inkişafına təsir edəcək, sosiallaşmalarına, peşə sahibi olmalarına şərait yaradacaq, eyni zamanda özlərini cəmiyyət üçün yararlı fərd olduqlarını təsdiq edərək başqalarından iqtisadi asılılığa son qoyacaq layihənin icrasına start vermişik.

“Bacarıqlarına sahib ol!” adlı layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin bilik, bacarıqlarının və xüsusi istedadların üzə çıxarılması və bu bacarıqların inkişafına motivasiya verilməsidir. Layihənin əsas benefisiarları sağlamlıq imkanları məhdud olan şəxslərdir.

– Sağlamlıq məhdudiyyəti olanlarla bağlı layihə keçirmək ideyası necə yarandı?

– Bizə məlumat verilmişdi ki, bəzi sağlamlıq imkanları məhdud şəxslər çox vaxt ev şəraitində özlərinə qapalı vəziyyətdə yaşayırlar. Bu da onların cəmiyyətdən təcrid olmalarına gətirib çıxarır. Valideynlər arasında aparılan araşdırma zamanı məlum oldu ki, maddi problemlər bir yana, şəxslərin ünsiyyətə və qayğıya ehtiyacı daha çoxdur. Bu səbəblə də belə bir layihənin həyata keçirilməsinə zərurət yarandı.

Həmin insanlara dəstək məqsədilə, nəzərdə tutmuşuq ki, layihənin icrası müddətində 24 nəfər xüsusi qayğıya ehtiyacı olan şəxslər arasında peşəkar mütəxəssislər tərəfindən öyrədici təlimlər keçiriləcək, onların bilik və bacarıqları müəyyən olunacaq və xüsusi istedadları aşkar ediləcək. Layihənin sonunda xüsusi qayğıya ehtiyacı olan şəxslərin bacarıqlarından ibarət sərgi təşkil olunacaq. Onların bacarıqlarından ibarət bu sərginin təşkilinin onlara əlavə motivasiya verəcəyinə əminik.

3 ay müddətində davam edəcək layihənin icrasına iyul ayının 1-dən start verilib, Göyçay rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan insanları əhatə edəcək.

Əminliklə deyə bilərəm ki, ölkəmizdə gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində öz gücünə inam hissi artıb.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see320

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see266

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see226

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see226

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see220

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see219

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see212

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see209

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see206

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see205

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see200

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see197

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see190

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see185

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see182

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see180

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see179

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see173

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see165

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri