Icma.az
close
up
RU
Azad Laçın: tarixi Zəfər və milli birliyin parlaq ifadəsi

Azad Laçın: tarixi Zəfər və milli birliyin parlaq ifadəsi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

O qeyd edib ki, erməni vandalları tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində Ermənistanın işğal faktına son qoydu. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Düşmən döyüş meydanında diz çökərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü.
Sevinc Hüseynova vurğulayıb ki, işğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Laçın rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşamaları üçün bütün tədbirlər həyata keçirilir. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan “Güləbird” Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq ki, tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Belə ki, burada hava limanının tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına imkanlar açır. Laçın hava limanının inşası həmçinin işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasından xəbər verir. Eyni zamanda, Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına da töhfə verir. Bu gün fəxarət və qürur hissi ilə deyə bilərik ki, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və digər işğaldan azad edilmiş rayonlar bərpa olunur.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən Laçın şəhərinə buranın əsl sahiblərinin geri qayıdışı təmin edilir. Hazırda da Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
S.Hüseynova diqqətə çatdırıb ki, Laçın şəhəri ilə yanaşı, Zabux, Sus və digər kəndlərdə də artıq məskunlaşma həyata keçirilib. Bu kəndlər tamamilə yenidən tikilərək istifadəyə verilib. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Laçında da digər azad edilmiş ərazilərimizdə olduğu kimi quruculuq-bərpa işləri ardıcıl, proqramla həyata keçirilir ki, bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdaraq burada əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşasınlar.
2025-ci ilin 28 May tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçına səfəri isə olduqca önəmli və xalqımız üçün qürurverici hadisə idi. Məhz Laçında keçirilən üçtərəfli zirvə və rəsmi tədbirlər onun tarixi əhəmiyyətini bir daha önə çəkmiş oldu.
Sözsüz ki, elə həmin tarixdə yəni, Zirvə görüşü ilə paralel olaraq Laçın Beynəlxalq Hava Limanının - işğaldan azad edilmiş ərazilərdə inşa edilən üçüncü hava limanının rəsmi açılışı tariximizin parlaq səhifələrindən birinə çevrildi. Eyni zamanda, Laçında təşkil edilən 28 May Azərbaycanın Müstəqillik Gününə təsadüf bu tədbirlərdə də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı da olduqca önəmli idi.
Sözsüz ki, bu səfər və zirvə Azərbaycanın azad edilmiş torpaqlarında infrastrukturun bərpası regionun yenidən canlandırılması prosesində mühüm mərhələdir. Eyni zamanda, üç ölkə arasındakı diplomatik və strateji əlaqələri növbəti mərhələyə daşımaq üçün yalnız gündəlik siyasi münasibətlər deyil, uzunmüddətli, sistemli əməkdaşlıq niyyətini göstərir. Bütün bunlar, o cümlədən Laçının həm bütövlükdə Şərqi Zəngəzurun sosial-iqtisadi dirçəlişi, həm də regionda sabitlik və inkişaf üçün geniş imkanlar açır.
“Həmçinin, Laçın 2025-ci il üçün MDB-nin mədəni paytaxtı elan edilməsi ilə bölgənin yenidən dirçəlişi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım atıldı. Uzun illər işğaldan sonra sürətli bərpa prosesinə başlayan Laçının bu statusu qazanması, həm Azərbaycanın mədəni irsinin təbliği, həm də azad edilmiş torpaqların yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından xüsusi əhəmiyyət daşıyır. Qazanılan bütün uğurlar Prezident İlham Əliyevin iradəsi, xalqımızın birliyi və ordumuzun gücü sayəsində təmin edilib”, - deyə S.Hüseynova söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see167

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see141

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see140

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see138

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see134

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see127

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see127

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see126

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see124

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see124

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri