Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azad olunmuş ərazilər yenidən qurulur, dirçəlir: Gələn il proses daha da sürətlənəcək

Azad olunmuş ərazilər yenidən qurulur, dirçəlir: Gələn il proses daha da sürətlənəcək

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpa edilməsi və məcburi köçkünlərin həmin ərazilərdə məskunlaşması - Böyük Qayıdış prosesi davam edir.

Bakıvaxtı.az xatırladır ki, 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib.

30 ildən artıq ata-baba yurdlarından ayrı olan qarabağlıların azad olunan doğma ərazilərə köçürülməsi üçün bərpa və yenidən qurma işləri çox sürətlə aparılır və təxminən 2024-cü ilin sonuna qədər 20 minə yaxın insanın oraya köçürülməsi planlaşdırılıb.

Zəngilanın Ağalı kəndi isə azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılması təmin edilib.

Bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Şuşa şəhərinə yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Şuşa şəhərinə 48 ailə - 164 nəfər köçürülüb.

Şuşada mədəni-quruculuq işləri sürətli şəkildə aparılıb. Belə ki, Şuşada Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri bərpa edilib. Mamayı məscidi, Mehmandarovların evi və məscidi, Şirin su hamamı da bərpa edilən abidələr sırasındadır.

Çöl Qala və Aşağı Gövhər ağa məscidlərinin təmir-bərpası davam edir, Üzeyir Hacıbəylinin evi yenidən qurulur. Şuşada Vaqif və Üzeyirin büstləri yenidən qoyulub. Şəhərdə ənənəvi Şuşa memarlığı üslubunda mehmanxana da inşa edilib.

Həmçinin dünən Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülüb.

Ümumiyyətlə, Qarabağa köçən sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Vüqar Bayramov: Azərbaycan daxili mənbələri hesabına məskunlaşma prosesini həyata keçirir

Böyüş Qayıdış prosesi barədə Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib ki, məskunlaşma prosesi, eləcə də Qarabağ və şərqi Zəngəzurun bərpası intensiv şəkildə həyata keçirilir.

V.Bayramov 2024-ci ilin sonuna qədər təxminən 20 min vətəndaşın işğaldan azad edilmiş ərazilərdə məskunlaşmasının gözlənildiyini qeyd edib. Müsahibimiz əlavə edib ki, bu rəqəm 2026-ci ilin sonuna qədər 140 minə qədər yüksələcək.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur qurulur və bərpa edilir. Bu da təbii ki, məskunlaşma prosesinə təsir göstərir və biz mütəmadi olaraq keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını müşahidə edirik.

Həmsöhbətimiz 2025-ci ildə prosesin daha da sürətlənəcəyini vurğulayıb:

“ Çünki Ağdam şəhəri daxil olmaqla digər işğaldan azad olunan və qurulan yaşayış məntəqələrimizdə də məskunlaşma həyata keçiriləcək”.

Milli Məclisin üzvü indiyə qədər Qarabağ və Şərqi Zəngəzurun qurulmasına 18 milyard manata yaxın vəsait ayrıldığını qeyd edib. Onun sözlərinə görə, gələn ilin proqnoz göstəricisini nəzərə aldıqda bu rəqəm növbəti 2025-ci ildə 22 milyard manata qədər yüksələcək:

“Bu, ondan xəbər verir ki, Azərbaycan öz daxili maliyyə mənbələri hesabına Qarabağı və Şərqi Zəngəzuru qurur və məskunlaşma sürətlə davam edir.

Xüsusən nəzərə almaq lazımdır ki, Azərbaycan hər hansı bir xarici yardım olmadan bunu edir. Daxili mənbələri hesabına məskunlaşma prosesini həyata keçirir. Sözsüz ki, öz ata-baba yurduna qayıdan məcburi köçkünlər məhz bununla fəxr edirlər. Çünki bu, qüruruverici bir tarixdir. Uzun müddətdir işğal altında qalan ərazilərimiz işğaldan azad olunub”.

Müsahibimiz həmçinin söyləyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də mütəmadi iş gedir. Vüqar Bayramov bildirib ki, əmək yarmarkaları həmin ərazilərimizdə məskunlaşan vətəndaşların işlə təmin edilməsi baxımından vacibdir:

“Bu istiqamətdə də işlər davam etdirilir. Bu isə ondan xəbər verir ki, bütövlükdə məskunlaşma prosesi intensivləşməsi ilə yanaşı həm də həmin ərazilərimizdə iqtisadiyyatın formalaşması və reinteqrasiyası da prioritet vəzifələrdəndir. Bu, bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün yeni iqtisadi dəyərlərin yaradılmasına imkan verəcək”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzura qayıtmış 3 min şəxsin artıq aktiv məşğulluğu nazirlik tərəfindən təmin olunub.

Həmçinin 2026-cı ilin sonuna qədər 12 min şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə hazırlığına cəlb olunmasının planlaşdırıldığı vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də Milli Məclisin 26 noyabr tarixli plenar iclasında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və iqtisadi fəal olan şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilib, digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri