Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat davam edir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC
Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatı prosesi davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu eagro.az vasitəsilə həyata keçirilir və fermerlər öz təsərrüfatlarına dair məlumatları sistemə daxil etməklə müraciət edə bilərlər.
Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək qeydiyyatdan keçə bilərlər.
Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.
2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir.
Fermerlərin təqdim etdiyi məlumatlar yoxlanıldıqdan sonra təsdiq ediləcək və köç tarixi ilə bağlı SMS bildiriş göndəriləcək.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 Aprel 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















