Icma.az
close
up
RU
Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı “Nəzarət etməli idi…”

Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı “Nəzarət etməli idi…”

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin sabiq şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev işdə adı keçən bəzi şəxslərin dindirilməsini istəyib.

Onlardan birincisi isə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. A.Rəhimov cinayət baş verən dövrdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri işləyib. Amma bu işin istintaqı zamanı onun barəsində cinayət işi başlanmasından imtina edilib.

Müttəhim hesab edir ki, Arif Rəhimovun onun gördüyü işlərin hamısından xəbəri var. Xaricdə yerləşən şirkətlərin ona aid olub-olmamasından məlumatlıdır. Onun vəkili bu məsələ ilə bağlı əsaslar sadalayaraq vəsatət qaldırıb:  

“Arif Rəhimov şirkətin rəhbəri olub. Formula 1 elə-belə yarış deyil. Yarışın təşkili üçün 150 milyon pul ayrılır.  Belə olan halda rəhbər kimi dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi. Gəlsin hakim qarşısında cavab versin”-,Çingiz Mehdiyevin vəkili Araz Hüseynli  deyib.

Prokuror Orxan Səmədov vəsatətin təmin edilməsinə etiraz etməyib: “Hesab edirəm ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı nə isə qanunsuzluq olsaydı istintaq vaxtı buna qiymət verilərdi. Amma sırf münasibətlərin aydınlaşdırılması üçün Arif Rəhimovun əlavə şahid kimi dindirilməsinə narazı deyilik”.

Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər vəsatəti hələ ki baxılmamış saxlayıb. Qarşıdakı iclaslarda bununla bağlı qərar veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizatçısı Zaur Məlikaslanov və  Çingiz Mehdiyevin müavini olmuş və hazırda Amerikada yaşayan Urfan Tağızadə bu iş üzrə şahid qismində tanınsalar da məhkəməyə gəlmirlər. Onlar barəsində məcburi gətirilmə qərarı çəxarılıb. Qərarın icrası polisə həvalə edilib.

Daha sonra müdafiə tərəfi əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmədən xahiş edib. Vəsatətdə deyilir ki, 2015-2020-ci illərdə  Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Amma həmin hesabat təqsirləndirilən şəxsə verilmir. 

Vəkil məhkəmədən həmin hesabatın onlara  təqdim olunmasında köməklik göstərilməsini istəyib. Hakim bu məsələyə də  növbəti proseslərdə baxılacağını deyib.

Prosesin davamında sənədlərin tədqiqi başlayıb, təqsirləndirilən şəxs müxtəlif epizodlar üzrə sorğu-sual edilib.

Prokuror ondan Amerikaya köçdükdən sonra nəyə görə adını dəyişdiyini soruşub. Ç.Mehdiyev adını  2006-cı ildə şəxsi səbəbdən adını dəyişdiyini, bu işə aidiyyatı olmadığını deyib. 

Növbəti iclas 16 dekabra təyin edilib.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkilinə ayrılmış 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. 

Mehdiyev həbsdə deyil. Onun haqda məhkəmənin sonuna kimi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri