Icma.az
close
up
RU
Azad torpaqlarda yeni həyat!

Azad torpaqlarda yeni həyat!

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Xocalıya 21, Xocavənddə 20 ailə yola salındı...

Keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına - işğaldan azad edilmiş torpaqlarımıza qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Ərazi bütövlüyü və suverenliyimizin bərpası müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. 2023-cü ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızı ucaltması sonsuz iftixar və qürur idir.

İkinci Qarabağ müharibəsinin acı xatirələri yaddaşlarda hələ də diri olsa da, son dövrlərdə azad edilmiş rayonlarda həyata keçirilən köç prosesi yeni ümidlər və həyatın yenidən canlanması üçün zəmin yaradır. Yüzlərlə ailə işğaldan azad edilən bölgələrə köç edərək həm öz tarixi torpaqlarına qayıdır, həm də burada yeni məskunlaşma layihələrinin reallaşmasına töhfə verilir.

Yaddaşımızda silinməz izlər buraxan günlər

1992-ci ilin fevral ayı Xocalı şəhəri və onun ətraf kəndləri üçün tarixdəki ən qara günlərdən biri oldu. Qarabağda yerləşən bu şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu və çoxsaylı dinc sakin faciəvi şəkildə həyatını itirdi. Amma bununla yanaşı, Xocalıdan və Xocavənddən köç edən insanların yola çıxması da həmin illərin ən ağır anlarından biri idi.

Xocavənd hər şeydən əvvəl cəbhə xəttinə yaxın bir bölgə idi. Bu səbəbdən daimi təhdid altında yaşayan əhalinin köç etməsi bir növ qaçılmaz idi. İnsanlar özlərini qorumaq, təhlükəsizliyə nail olmaq üçün evlərini tərk etməyə məcbur oldular. Bu hadisə yalnız fiziki deyil, həm də emosional cəhətdən ağır idi. Doğmalarını, ailələrini və sevdiklərini itirən insanları yola salan bu köç, xalqımızın yaddaşında silinməz izlər buraxdı.

Tarixə qayıdışın təzahürü...

Ancaq təxminən, 30 ildən sonra Qarabağa qayıdış başladı. Bu, yalnız torpaqların geri alınması deyil, həm də bir millətin gücünün, dirçəlişinin və iradəsinin simvolu idi. 1990-cı illərdə köç edən və vətənini tərk edən insanlar, bu dəfə qayıtdıqları torpaqlarda yeni həyat qurmaq, keçmişin acılarını və travmalarını geridə qoymaq, yeni bir başlanğıc yaratmaq istəyirlər. Artıq onlar yalnız torpaqlarına deyil, həm də öz kimliklərinə, milli birliklərinə qayıdırdılar. 30 il əvvəl yaşadıqları ayrılıq, bu dəfə birləşmə və qurtuluşa çevrildi... Bu, həm də tarixə qayıdışın, gücümüzün təzahürüdür.

Xocalı soyqırımı və Xocavəndin işğalı Azərbaycanın tarixində silinməz izlər buraxıb. Xocalı və Xocavənd sakinləri müharibənin dəhşətini yaşasalar da, onların ruhu həm də gələcək nəsillərə ötürülən bir güc və iradə formasıdır.

Bir gündə iki ünvan

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Dünən Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanı yola salınıb. Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb. Dünənki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 40 yaşayış məntəqəsində 7 541 ailə (30 261 nəfər) məskunlaşıb.

Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), o cümlədən Füzuli rayonundan - 8 ailə (34 nəfər), Bakı şəhərindən - 6 ailə (27 nəfər), Beyləqan rayonundan - 5 ailə (18 nəfər), Ağcabədi rayonundan - 1 ailə (2 nəfər), Xocalı rayonunun Xanabad kəndinə, cəmi - 21 ailə (103 nəfər), o cümlədə Bakı şəhərindən - 8 ailə (45 nəfər), Bərdə rayonundan - 6 ailə (29 nəfər), Ağcabədi rayonundan - 3 ailə (16 nəfər), Oğuz rayonundan - 1 ailə (7 nəfər), Goranboy rayonundan - 1 ailə (3 nəfər), Gəncə şəhərindən - 1 ailə (2 nəfər), İsmayıllı rayonundan - 1 ailə (1 nəfər) köçürülüb.

Yeni məskunlaşma - iqtisadi canlanmanın başlanğıcı

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xocalı və Xocavənd rayonlarının bərpası və yenidən məskunlaşması da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu prosesin uğurlu nəticələri həm yerli əhali üçün həyat şəraitinin yaxşılaşdırılması, həm də Azərbaycanın regional inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Bölgədə həyata keçirilən infrastruktur layihələri - yolların bərpası, su və elektrik şəbəkələrinin yenilənməsi, məktəb və tibb müəssisələrinin açılması həm də uzunmüddətli perspektivdə bölgənin iqtisadi və sosial inkişafını təmin edəcək.

Xocavənd və Xocalıya, həmçinin işğaldan azad olunan digər ərazilərə köç karvanlarının yola salınması keçmiş köçkünlərimiz üçün keçmişi anlamaq və gələcəkdə daha güclü olmaq adına mühüm bir anı təşkil edir. Beləliklə, müharibə illərinin acı xatirələrini unudub, xalqın güclü iradəsi ilə inşa edilən bir gələcəyin başlanğıcını görürük. Bu, yalnız Azərbaycanın deyil, bütün bir millətin qələbəsi, dirçəlişi və Vətənə olan sevgi ilə bağlıdır.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri