Azadlığa buraxılan Türkiyə vətəndaşı Prezidentə təşəkkür etdi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı əsasında azadlığa buraxılan Türkiyə vətəndaşı Zəfər Sayki Azərbaycanın dövlət başçısına təşəkkür edib.
Axar.az xəbər verir ki, o, Naxçıvanda amnistiya aktının icrası zamanı jurnalistlərə açıqlamasında deyib ki, bu qərar bayram ərəfəsində ailəsini sevindirdi.
"Azərbaycan Prezidenti İlham Əliyevə amnistiya təşəbbüsünə görə dərin təşəkkürümü bildirirəm. Bayram ərəfəsində ailəmizi sevindirdiyi, bizi doğmalarımıza qovuşdurduğu üçün dövlət başçısına minnətdarlığımı ifadə edirəm. Biz, həqiqətən də, "Bir millət, iki dövlətik!" Qardaşlığımızı bu dəfə də əyani şəkildə gördük. Azərbaycan Prezidentinə bir daha təşəkkür edirəm ki, ailəmizə qovuşmağı bizə nəsib etdi", - Zəfər Sayki bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktının Naxçıvanda icrasına başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















