Azadlığımı, rahatlığımı əlimdən alıb
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Hər şey insanın özündən asılıdır. Təkcə "Avroviziya" yox, səhnədə parlayan ulduzlar var ki, sonradan gediblər: ya bacarmayıb, ya səbəbləri olub, ya da ailə qurublar. "Avroviziya" elə böyük bir səhnədir ki, ora gedən dərhal tanınır. Amma bunu daşımaq lazımdır. Bu, şöhrət yükdür, daşımalısan".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov "Gün ortası" verilişində deyib. "Avroviziya 2011" qalibi müsabiqəyə gedən sənətçilərin çoxunun səhnədən getməsindən danışıb. O bildirib ki, çoxları bu yükü daşıya bilməyib.
Eldar məşhur olandan sonra çox şeyini itirdiyini deyib:
"Sənin müəyyən kütlən yaranır. Dinləmək istəyənlər çoxdur. Hərdən soruşurlar ki, xoşbəxtsən getdin, qalib oldun? Əlbəttə, bizim tariximizdir. Mənim böyük səhnə fəaliyyətim "Avroviziya"dan başlayıb. Hər zaman pərəstiş edirdim. Məktəbdə sinif yoldaşlarımın dəftərinə imza yazırdım, deyirdim, mən ulduz olanda göstərərsiniz. Amma azadlığımı, rahatlığımı əlimdən alıb. Daim işləməli, nəsə əqdim etməliyəm. Haqqım yoxdur dayanım".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 30 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















