Icma.az
close
up
RU
Azadlığın müstəqilliklə kəsişdiyi gün: Prezidentin Əfv Sərəncamı

Azadlığın müstəqilliklə kəsişdiyi gün: Prezidentin Əfv Sərəncamı

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesinin əsas sütunlarından biri humanizm prinsiplərinin qorunması və vətəndaş amilinə həssas yanaşmadır. Bu baxımdan, prezident İlham Əliyevin imzaladığı növbəti Əfv Sərəncamı təkcə hüquqi sənəd deyil, həm də yüzlərlə insan taleyinə işıq salan, ailələrə sevinc, cəmiyyətə isə güvən gətirən mühüm bir sosial mesajdır.

Əfv Sərəncamı qanun qarşısında cavab verən, lakin cəmiyyət üçün artıq təhlükə yaratmayan, peşmançılıq yaşayan və yeni həyata başlamaq istəyən şəxslərə verilən ikinci şansdır. Bu humanist akt bir daha göstərir ki, Azərbaycan dövləti və onun rəhbəri insan taleyinə biganə deyil, əksinə hər bir fərdin cəmiyyətə reinteqrasiya olunmasına, yenidən sosial həyata qayıtmasına şərait yaratmağa çalışır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə Əfv Sərəncamı imzalayaraq ölkədə hüquq-məhkəmə sisteminin humanist əsaslara söykəndiyini bir daha nümayiş etdirdi. Bu addım, təkcə dövlətin qanunlara sadiqliyinin deyil, eyni zamanda vətəndaşlara, onların talelərinə göstərilən həssas yanaşmanın bariz nümunəsidir:

"Əfv olunan şəxslər cəmiyyət üçün təhlükə yaratmayan, tövbə etmiş, yeni həyata başlamağa hazır olan insanlardır. Bu sərəncamla onlara bir şans verilir – ailələrinə, cəmiyyətə, normal həyata qayıtmaq üçün bir fürsət tanınır. Əfv sadəcə hüquqi akt deyil, bu, həm də yüzlərlə ailənin sevincinə, anaların göz yaşına, uşaqların ata və ya analarına qovuşmasına səbəb olan dərin mənəvi anlam daşıyan bir qərardır".

Parlament üzvü xatırladıb ki, bu, ölkə başçısının imzaladığı ilk Əfv Sərəncamı deyil. Son illərdə mütəmadi olaraq bu kimi humanist addımların atılması, prezident İlham Əliyevin insan amilinə verdiyi dəyərin təzahürüdür. Əfv sərəncamları ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və geniş rəğbətlə qarşılanır. Cəmiyyət bu qərarları həm dövlətin ədalətə əsaslanan siyasəti, həm də insan hüquqlarına həssas yanaşması kimi qəbul edir.

Aydın Mirzəzadə: Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində prinsipial siyasət yürüdür

Deputat onu da əlavə edib ki, Sərəncamın məhz Müstəqillik Günü ərəfəsində imzalanması isə simvolik məna daşıyır. Bu tarix müstəqillik, azadlıq və dövlətçilik ideallarını ifadə edir. Həmin gün imzalanan əfv sərəncamı da, sanki azadlığa qovuşan insanların taleyinə yazılmış bir yeni başlanğıcdır:

"Azərbaycan dövləti həm hüquqi dövlət quruculuğu sahəsində, həm də humanist ənənələrin davam etdirilməsi istiqamətində ardıcıl və prinsipial siyasət yürüdür. Bu Əfv Sərəncamı isə bu siyasətin parlaq nümunələrindən biridir".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri