Icma.az
close
up
RU
Azadlıq + səmimiyyət” formulu ilə hər kəsin qəlbini fəth edən 5 bürc

Azadlıq + səmimiyyət” formulu ilə hər kəsin qəlbini fəth edən 5 bürc

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi insanlar var ki, bir neçə dəqiqəlik tanışlıqdan sonra belə sanki illərdir sizi tanıyırmış kimi davranırlar. Onlarla söhbət etmək yorucu deyil, əksinə, rahatladıcı və ruhu qidalandırıcıdır. Hər kəsin içində sirli bir cazibə daşıyan insanlar olur. Bəzən bu sirrin cavabı isə bürclərdə gizlidir.

Yenisabah.az xəbər verir ki, astroloqlar deyirlər ki, bəzi bürclər doğuşdan ünsiyyətcil və mehriban təbiətə malikdir. Onlar insanlara yaxınlaşmaqdan çəkinmir, söhbəti uzatmağı, qulaq asmağı və hissləri paylaşmağı sevirlər. Belə bürclərin nümayəndələri ətrafındakı insanlara istilik, güvən və pozitiv enerji bəxş edir.

Bəs, ən ünsiyyətcil və mehriban 5 bürc hansılardır? Onların digərlərindən fərqi nədir? Davranışlarında hansı maraqlı və fərqli cizgilər var? Aşağıdakı yazımızda bu suallara astroloji cavab tapacaqsınız. pizza mizza

1. Əkizlər — “Danışmaq onların nəfəsidir”

Əkizlər bir söhbətdə təkcə iştirak etmirlər, onu idarə edirlər. Onlar eyni anda bir neçə mövzuda danışa və başqalarını cəlb edə bilirlər. İnsanlar onları tanıdıqca daha da asılı olurlar, çünki Əkizlər heç vaxt darıxdırıcı olmurlar. Dost çevrələrində "ən çox zəng edən" və "ən çox mesaj atan" şəxs adətən Əkiz olur. Onlar insan davranışlarını müşahidə edib, zarafatla tənqid etməyi də yaxşı bacarırlar.

2. Tərəzi — “Daim sülh və harmoniya axtarışında”

Tərəzilər ən çox "insanları bir araya gətirən bürc" kimi tanınır. Onlar emosional diplomatlardır. Mübahisələri sakitcə çözməyi bacarırlar. Gülüşləri yoluxucudur və bu səbəblə ətraflarında tez-tez “mən səni tanıyıram sanki” deyənlər olur. Tərəzilər gözəl danışıq tərzinə və yüksək estetik zövqə malikdirlər. Hər kəsin fikrinə dəyər verməyə çalışırlar, bu da onları daha cəlbedici edir.

3. Şir — “Səhnə onların evidir”

Şirlər tanımadıqları bir ortamda belə diqqəti cəlb etməyi bacarırlar. Onlar özlərini sevdirə bilməkdə təbii istedada malikdirlər. Şir bürcü altında doğulan bir insan otağa daxil olanda, sanki işıq yanır. Onlar təkcə dost deyil, həm də motivator rolunu oynayırlar. Kompliment deməyi və almağı ən çox sevən bürclərdəndir.

4. Oxatan — “Pozitiv enerji generatoru”

Onlar yeni tanış olduqları insanlarla sanki illərdir dostdurlar. Oxatanların yumor hissi çox güclüdür. Onalra ən gərgin anlarda belə gülmək üçün səbəb tapırlar. Onlarla birlikdə olmaq insanlara ilham verir və motivasiya yaradır. Ən çox səyahət edən və səyahətlərdən danışan bürc Oxatandır. "Azadlıq + səmimiyyət" formulu ilə hər kəsin qəlbini fəth edirlər.

5. Balıqlar — “Səni duymadan belə anlayan bürc”

Balıqlar insanın dediklərini yox, demədiklərini də anlayır. Onlarla bir dəfə səmimi söhbət edən şəxs, tezliklə sirrini paylaşmağa başlayır. Onlar incəsənət və musiqi yolu ilə də ünsiyyət qurmağı bacarır. Ətrafdakılar üçün sanki ruhən "qucaq" rolu oynayırlar. Çox vaxt başqalarının dərdinə öz dərdlərindən daha çox yanarlar.

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri