Icma.az
close
up
RU
Azadlıqdan sonra Qubadlıda həyat yenidən canlanır

Azadlıqdan sonra Qubadlıda həyat yenidən canlanır

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometrlik bu ərazi strateji baxımdan həm Qarabağ, həm Zəngəzur, həm də Ermənistanla sərhəd bölgələrini birləşdirən unikal coğrafi məkandır. Rayonun sərhədləri onun hərbi, iqtisadi və siyasi əhəmiyyətini müəyyən edir: qərbdə Ermənistanla sərhəd, şimalda Laçın, şərqdə Cəbrayıl, cənubda isə Zəngilanla həmsərhəddir. Bərgüşad və Həkəri çayları, məhsuldar “Yazı düzü” və “Gəyən” ovalıqları, zəngin meşə və təbii sərvətlər bu diyarı həm kənd təsərrüfatı, həm də sənaye baxımından potensiallı bir regiona çevirib.

1988-ci ildən başlayan Ermənistan təcavüzü Qubadlının həyatına da dərin yara vurdu. 1993-cü il avqustun 31-də rayon tamamilə işğal edildi. Bu, təkcə ərazi itkisi deyildi, 29997 nəfər öz doğma yurdundan didərgin düşdü.

İşğal dövründə Qubadlıda 94 yaşayış məntəqəsi, 7278 ev, 161 mədəniyyət obyekti, 7 məscid, yüzlərlə sosial və infrastruktur obyekt dağıdıldı. Ermənistan burada beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Xüsusilə Xanlıq kəndində xaricdən gətirilən ermənilər üçün süni qəsəbələr salınmışdı – bu, Cenevrə konvensiyalarının kobud şəkildə pozulması idi.

Qubadlının torpaqları, meşələri, çayları istismar edildi, təbii resursları talan olundu. Bu illər ərzində rayona vurulan zərərin təkcə maddi deyil, həm də mənəvi çəkisi ölçülməzdir.

44 günlük Vətən müharibəsinin gedişində 25 oktyabr 2020-ci il tarixi dönüş nöqtəsi kimi yadda qaldı. Qubadlı uğrunda döyüşlər strateji baxımdan olduqca çətin idi. Şəhəri qoruyan düşmən güclü istehkamlar qurmuş, yüksək mövqelərdə yerləşmişdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, planlaşdırma və qəhrəmanlıq nümunəsi göstərdi. Əvvəlcə strateji yüksəkliklər alındı, daha sonra Xanlıq, Padar, Sarıyataq kimi mühüm kəndlər azad edildi. Nəticədə 25 oktyabrda Azərbaycan Silahlı Qüvvələri Qubadlını tamamilə işğaldan azad etdi. Bu qələbə həm hərbi, həm də mənəvi üstünlüyümüzü təsdiqlədi. Qubadlı əməliyyatı ilə Zəngilan istiqamətində irəliləyiş möhkəmləndi, Laçın dəhlizinə çıxış üçün əməli şərait formalaşdı. Azərbaycan Respublikasının Prezidenti 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis etdi. 15 mindən çox hərbçi bu medala layiq görüldü. Daha sonra 2023-cü ilin 31 iyulunda Prezident İlham Əliyevin sərəncamı ilə 25 oktyabr “Qubadlı şəhəri günü” elan edildi. Bu qərar yalnız bir tarix deyil, həm də əbədi qürur simvoludur.

Azadlıqdan sonra Qubadlıda həyat yenidən canlanır. 2025-ci ildə təsdiqlənən “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” regionun müasir inkişaf modelini müəyyənləşdirir.

Yeni plan üzrə şəhərdə 47 min nəfərin yaşaması, enerji tələbatının 38 MVt-dan artıq olması proqnozlaşdırılır. Bu məqsədlə artıq “Qubadlı” yarımstansiyası və 110 kV-luq elektrik veriliş xətləri istifadəyə verilib.

Fiberoptik kabel infrastrukturunun çəkilməsi ilə rayon həm enerji, həm də rəqəmsal kommunikasiya baxımından Azərbaycanın ümumi sisteminə inteqrasiya olunub. Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində artıq yeni yaşayış evləri inşa edilir. Birinci mərhələdə bu kəndlərdə ümumilikdə 1600-dən çox insanın məskunlaşdırılması planlaşdırılır. Bu, Böyük Qayıdış proqramının konkret icra nümunələrindəndir.

Prezident İlham Əliyevin tapşırığı ilə Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yollarının tikintisi regionun logistikasında mühüm rol oynayacaq. Bu yollar həm iqtisadi dövriyyəni, həm də əhalinin rahat hərəkətini təmin edəcək.

Eyni zamanda, 27 oktyabr 2021-ci ildə yaradılan “Qubadlı” gömrük postu strateji əhəmiyyətli sərhəd nəzarəti sisteminə çevrilib. Bu post təkcə təhlükəsizlik funksiyası daşımır, həm də azad edilmiş ərazilərdə iqtisadi dövriyyənin qanuni əsaslarla tənzimlənməsini təmin edir. Qubadlının azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rayona bir neçə səfəri bu torpaqlarda dövlətin varlığını simvolizə edir.

2020-ci ilin dekabrında Qubadlıda üçrəngli bayrağımızın qaldırılması, 2021–2023-cü illərdə isə yeni yolların, yarımstansiyaların, məktəblərin və xəstəxanaların təməlqoyma mərasimləri bu torpaqlarda dövlətçiliyin və dirçəlişin təntənəsidir. Bu səfərlər həm də bir mesaj idi, “Qubadlıya həyat qayıdıb, vətən bu torpaqlarda yenidən nəfəs alır”.

Qubadlının azad edilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin ən parlaq səhifələrindən biridir. Bu diyarın torpağı yalnız məhsuldar deyil – həm də müqəddəsdir. Burada şəhid qanı, qəhrəmanlıq, zəfər və yenidənqurma birləşib.

Pərvin Kərimzadə,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri