Icma.az
close
up
RU
AZAL a görə Moskvaya gözlənilməz zərbə: Məşhur taktika sıradan çıxarıldı

AZAL a görə Moskvaya gözlənilməz zərbə: Məşhur taktika sıradan çıxarıldı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür. Hadisə nəticəsində ekipaj üzvləri də daxil olmaqla onlarla insan həyatını itirdi, xeyli sayda sərnişin isə müxtəlif dərəcəli xəsarətlər aldı. Bu faciə müstəqil Azərbaycanın mülki aviasiya tarixində ən ağır hadisələrdən biri kimi yadda qaldı.

İlkin və sonrakı araşdırmalar göstərdi ki, qəza sıradan texniki nasazlıq və ya pilot səhvi ilə izah edilə bilməz. Təyyarənin Qroznı şəhərinə yaxınlaşdığı vaxt Rusiya hava məkanında rabitə və naviqasiya problemləri yaşadığı, daha sonra isə radarlardan itdiyi məlum oldu. Rəsmi məlumatlara əsasən, hadisə Rusiyanın hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin fəaliyyəti fonunda baş verib. Məhz bu məqam qəzanı təkcə aviasiya hadisəsi deyil, həmçinin dövlətlərarası məsuliyyət və təhlükəsizlik məsələsi səviyyəsinə qaldırdı.

Hadisədən sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə zəng edərək üzrxahlığını bildirsə də, Bakının günahkarların cəzalandırılması və kompensasiyanın ödənməsi tələbləri hələ də tam yerinə yetirilməyib.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, təyyarəmizin Rusiya səmasında vurulmasından ötən 365 gün təkcə faciənin ağrısını deyil, həm də regionun siyasi arxitekturasında baş verən ciddi dəyişiklikləri üzə çıxardı:

“Mahiyyət etibarilə bu hadisə Bakı-Moskva münasibətlərində, o cümlədən Azərbaycanın ictimai rəyində dönüş nöqtəsinə çevrildi və illərlə formalaşdırılmış bir sıra siyasi mifləri darmadağın etdi.

Qəzanın ardınca münasibətlərin kəskinləşməsi gözlənilən idi. Lakin əsas məsələ gərginliyin özü yox, Azərbaycanın bu prosesdə sərgilədiyi qətiyyətli, ədalətli olduğu qədər də güzəştsiz mövqe idi. Rəsmi Bakı emosiyalara qapılmadan, amma qətiyyətli və prinsipial xətt yürüdərək göstərdi ki, dövlət maraqları və milli ləyaqət istənilən geosiyasi tərəddüddən üstündür. Bu yanaşma xüsusilə Moskva üçün gözlənilməz idi. Çünki postsovet məkanında uzun illər formalaşmış “Rusiya amili” adətən ehtiyatlı davranışı diktə edirdi.

Məhz bu qəza Rusiya mifinin dağılması baxımından simvolik xarakter aldı. Aydın oldu ki, Azərbaycan artıq təkcə balanslaşdırıcı diplomatiya aparan yox, həm də öz mövqeyini açıq və sərt şəkildə müdafiə etməyi bacaran regional gücdür. Kremlin alışdığı loyal və ya susqun ritorika bu dəfə işləmədi. Bakı güzəştə getmədi, məsuliyyətin adını çəkdi və beynəlxalq hüquq müstəvisində haqlı mövqeyini qorudu.


Elçin Mirzəbəyli 

Ötən bir il ərzində Azərbaycan dövləti öz iradəsini, siyasi yetkinliyini və suveren qərarvermə qabiliyyətini tam mənası ilə nümayiş etdirdi. Bu, təkcə Rusiya ilə münasibətlər kontekstində deyil, ümumən Azərbaycanın beynəlxalq mövqeyi baxımından mühüm mesaj kimi də qəbul oluna bilər.

İndi əsas sual gələcəyə aiddir. Rusiya ilə barış mümkün olacaqmı? Ehtimal ki, müəyyən dialoq kanalları açıq qalacaq, çünki coğrafiya və iqtisadi maraqlar bunu diktə edir. Lakin münasibətlərin əvvəlki formatda davam etməsi real görünmür. Etimad zədələnib və bu, asanlıqla bərpa olunan resurs deyil. Gələcək münasibətlər daha soyuq, daha praqmatik və emosiyalardan uzaq çərçivədə formalaşacaq.

Bir il əvvəl baş verən faciəvi qəza siyasi ayılma anı idi. Azərbaycan bu sınaqdan güclənərək çıxdı və göstərdi ki, onunla hesablaşmaq məcburiyyətindədirlər. Bu isə artıq geri dönüşü olmayan reallıqdır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 01:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see311

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see154

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see137

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri