Icma.az
close
up
RU
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib FOTOLAR

AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib FOTOLAR

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Maldivin paytaxtı Maleyə birbaşa uçuşlara başlayıb.

Manset.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, milli aviadaşıyıcıya məxsus təyyarə bu gün Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib.

Sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.

“Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır. Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir”, – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Maldivin Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri qeyd edib: “AZAL-ı Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq. Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək”.

“AZAL-ın Bakıdan birbaşa uçuşlar həyata keçirməsi Velana Beynəlxalq Hava Limanı üçün mühüm bir mərhələdir. Bu marşrut Orta Asiya ilə Maldivlər arasında vacib bağlantı yaradır və əsrarəngiz adalarımıza təşrif buyuran Azərbaycan turistlərini maneəsiz əlaqə və geniş səyahət imkanları ilə təmin edir”, – deyə “Maldives Airports Company Limited” şirkətinin baş kommersiya direktoru Məhəmməd Mihad vurğulayıb.

Bakı-Male istiqamətində müntəzəm reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az/az/ saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 09 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see205

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see199

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see195

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see187

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see179

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see179

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see168

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see140

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see137

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see136

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see135

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see132

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see131

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see130

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see125

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see124

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see123

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri