AZAL dan vacib MÜZAKİRƏ
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu ölkəyə uçuşları ilə bağlı mövcud vəziyyət müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayevin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteyli ilə görüşündə bildirib.
Bu gün keçirilən görüşdə ölkələr arasında dostluq münasibətləri və aviasiya sahəsində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
S. Rzayev bildirib ki, regionda baş verən geosiyasi proseslərin hava nəqliyyatına təsirini və AZAL-ın Səudiyyə Ərəbistanına uçuşları ilə bağlı mövcud vəziyyət müzakirə edilib: "Həmçinin AZAL-ın inkişaf strategiyası, donanmanın genişləndirilməsi və marşrut şəbəkəsinin inkişafı barədə danışdıq. İnanıram ki, birgə səylərimiz Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişlənməsinə və sərnişinlər üçün yeni səyahət imkanlarının yaranmasına xidmət edəcək".
Baxış sayı:116
Bu xəbər 02 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















