Icma.az
close
up
RU
AZAL davamlılıq və ətraf mühitin qorunması öhdəliklərinə sadiqdir Samir Rzayev

AZAL davamlılıq və ətraf mühitin qorunması öhdəliklərinə sadiqdir Samir Rzayev

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) davamlılıq və ətraf mühitin qorunması öhdəliklərinə sadiqdir.

Avtosfer.az xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev COP29 çərçivəsində keçirilən “Hava Limanında İqlim Fəaliyyəti Nümayişi: Heydər Əliyev Beynəlxalq Aeroportu Altregionda Karbon Azaldılmasında Lider” adlı tədbirdə bildirib.

O, çıxışında vurğulayıb ki, AZAL tullantıların idarə olunması, təkrar emal, su resurslarının səmərəli istifadəsi və digər ekoloji layihələrə xüsusi diqqət yetirir:

“Bu öhdəlik yalnız indiki əməliyyatlarımızla məhdudlaşmır, həm də gələcəkdə aviasiya sektorunun davamlı inkişafını təmin etməyi hədəfləyir”.

S.Rzayev qeyd edib ki, AZAL bu il BMT-nin Qlobal Sazişinə qoşulmaqla, Dayanıqlı İnkişaf Məqsədlərini (SDG) və ESG (Ətraf mühit, Sosial və Korporativ İdarəetmə) prinsiplərini təşviq etməyi öhdəsinə götürüb:

“Biz əməkdaşlarımız üçün etik davranış və davamlılıq dəyərlərinə əsaslanan təlimlər vasitəsilə aydın davamlılıq göstəriciləri təqdim etmişik. Şəffaf hesabat və uyğunluq vasitəsilə maraqlı tərəflərlə etibarlı əlaqələr qurmaq, davamlılıq strategiyamızın həyata keçirilməsini gücləndirir. Resurslarımızdan daha səmərəli istifadə etmək üçün uyğunluq proseslərimizi rəqəmsal alətlərlə avtomatlaşdırırıq. Eyni zamanda, açıq mədəniyyəti təşviq edərək əməkdaşlarımızı hər hansı qeyri-etik davranış və ya siyasət uyğunsuzluğu barədə məlumat verməyə təşviq edirik. Bu yanaşma etik və davamlı əməliyyatlarımızı dəstəkləyir”.

O, AZAL-ın yalnız effektiv fəaliyyət üçün deyil, həm də təmiz və "yaşıl gələcək" üçün çalışdığını vurğulayıb:

“Ətraf mühitə olan öhdəliyimizlə gələcək nəsillər üçün daha parlaq bir dünya yaratmağı hədəfləyirik. İnanırıq ki, səylərimiz həm regional, həm də qlobal miqyasda ekoloji davamlılıq nümunəsi olacaq”.

Sonda, S.Rzayev, davamlılıq istiqamətindəki səylərin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri