Icma.az
close
up
RU
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb

AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar–iyun aylarında "Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana və əks istiqamətə 222 237 sərnişin daşıyıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”un yerli bürosu Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatına istinadən xəbər verir. Bu göstərici ilə AZAL Gürcüstanın aviasiya bazarında ən çox sərnişin daşıyan ilk beş aviaşirkət sırasında qərarlaşıb.

2025-ci ilin ilk altı ayında Gürcüstanın hava limanları ümumilikdə 3,5 milyon sərnişinə xidmət göstərib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Gürcüstanın beynəlxalq hava limanları ümumilikdə 7,5 milyon sərnişin qəbul etmişdi (2023-cü ilə nisbətən 24 % çox).

Ayrı-ayrı hava limanları üzrə göstəricilər belədir: Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanı 2 milyon 358 min 937 sərnişinə (+11 %), Kutaisi Beynəlxalq Hava Limanı 833 min 512 sərnişinə (+12 %), Batumi Beynəlxalq Hava Limanı 450 min 330 sərnişinə (+35 %) xidmət göstərib.

Hesabat dövründə Gürcüstanın hava limanlarında beynəlxalq və daxili istiqamətlər üzrə təxminən 17 min reys həyata keçirilib. Onlardan 12 857-si müntəzəm, 3 874-ü isə çarter reysi olub.

Aviaşirkətlərin Gürcüstandakı bazar payına gəldikdə isə, ilk pillədə 642 956 sərnişinlə Macarıstanın "Wizz Air” şirkəti qərarlaşıb. İkinci yeri 284 984 sərnişinlə "Pegasus Airlines”, üçüncü yeri 272 568 sərnişinlə "Georgian Airways”, dördüncü yeri isə 268 959 sərnişinlə "Türk Hava Yolları” tutub.

Bundan əlavə, 2025-ci ilin ilk yarısında Gürcüstanın hava məkanından istifadə etməklə 16 550 ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artım deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri