AZAL ın bələdçisi Ramzan Kadırovun mükafatından İMTİNA ETDİ
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ramzan Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşları Zülfiqar Əsədov və Aydan Rəhimlini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməyə qərar verib.
Maraqlıdır, bələdçilər həmin medalı qəbul edəcəklərmi?
Demokrat.az xəbər verir ki, teleqraf-ın əməkdaşı bu sualla bələdçi Zülfiqar Əsədova müraciət edib.
Onun cavabını təqdim edirik:
"Biz uçduğumuz məkana sağ-salamat çatmalı və eniş etməli idik. Şokdayam, hələ də yaşadığımız o hadisədən nəticə çıxara bilmirəm. Niyə belə elədilər?! Bəli, bu haqda məlumatlıyam, Ramzan Kadırov tərəfindən mükafata layiq görülmüşük. Amma mən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm.
Səbəbi isə odur ki, onların səhvlərinin ucbatından günahsız 38 sərnişin həlak oldu. Mənə çox kədərlidir və mükafatı qətiyyən qəbul etmək istəmirəm və istəmərəm də. Bizə bu mükafat lazım da deyil. Cənab Prezident İlham Əliyev sağ olsun, bizi yüksək dəyərləndirib və lazımınca qiymət verib. Dövlət başçımız bizi 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. Amma yenə də deyirəm ki, heç vaxt Ramzan Kadırov tərəfindən təqdim edilən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm. Bizi uçduğumuz yerdə vurdular. Günlərlə düşünürəm ki, niyə belə etdilər?! İnsanların nə günahı var idi ki, onlar belə dəhşətli qəza nəticəsində vəfat etdilər. Bizim mülki təyyarəmizə atılan zərbəyə görə kədərlənirəm. Hələ də bu hadisənin təsirindəyəm".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Kadırovun təklifindən Bakı imtina etdi Təcili
27 Dekabr 2024 11:55
Ramzan Kadırovun yerinə oğlu gəlir?
10 May 2025 10:49
Putin Ramzan Kadırovun istefasını qəbul etməyib
08 May 2025 13:52
Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
31 İyul 2025 12:58
Azərbaycan Kadırovun yardımından imtina etdi Yeni Çağ Media
27 Dekabr 2024 13:10
Baxış sayı:100
Bu xəbər 01 Mart 2025 14:42 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları