AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı açıqlama VİDEO
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qazaxıstan hələ ki, AZAL təyyarə qəzası ilə bağlı iki xarici laboratoriyadan məlumat almayıb".
"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bildirib.
"Biz hələ iki xarici laboratoriyadan test nəticələrini almamışıq... Daxili razılaşmaya əsasən, biz razılaşdıq və laboratoriya təhlilini hər iki tərəfə, Rusiya Federasiyasına və Azərbaycan tərəfinə təhvil verdik. Daha sonra Azərbaycan tərəfi onu xarici mütəxəssislərə təhvil verdi", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumat aldıqdan sonra dərc olunacaq. Avionika modulu təhlil üçün amerikalı bir istehsalçıya göndərilib.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan "AZAL Embraer 190" təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş heyət üzvü olub; 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 Yanvar 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















