Icma.az
close
up
RU
AZAL İtaliyanın Leonardo şirkəti ilə müqavilə imzaladı

AZAL İtaliyanın Leonardo şirkəti ilə müqavilə imzaladı

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) "Dubai Airshow 2025" çərçivəsində uçuşların təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həm texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından növbəti mərhələyə keçid edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı "Leonardo" ilə yeni nəsil meteoroloji radar sistemlərinin alınması və inteqrasiyası üzrə müqavilə imzalayıb.

"2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıq mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla genişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropa texnologiyaları əsasında modernizasiyasına möhkəm baza formalaşdırıb.

Yeni nəsil "METEOR 735 C-Band" radar sistemi:

- Dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremal hava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir;

- 200 km-lik müşahidə diapazonu, maqnetron tipli ötürücü və yüksək rezolyusiyalı "3D/WEB" vizuallaşdırma platforması atmosfer proseslərinin dəqiq təhlilini təmin edir;

- Doppler və dual-polyarizasiya texnologiyaları sayəsində operativ qərarverməni gücləndirir.

Bu radar sistemləri hava limanlarında enmə və qalxma əməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən hava proseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosfer hadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşların təhlükəsizliyi və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq.

Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşların təhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan Uçuş Təhlükəsizliyi Fondunun (Flight Safety Foundation - FSF) strateji tərəfdaşları sırasına qoşularaq fondun ən yüksək üzvlük səviyyələrindən biri olan "Benefactor Member" statusunu əldə edib.

FSF-nin proqramlarında tamhüquqlu iştirak AZAL üçün:

- Bilik və təcrübə mübadiləsi;

- Risklərin analizi və qabaqcıl sənaye həllərinin tətbiqi;

- Uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı;

- Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi;

- Aviasiya sənayesinin regionda və beynəlxalq miqyasda səmərəliliyin artırılmasına xidmət edən strateji imkanlar yaradır", - məlumatda deyilir.

Qeyd olunur ki, "Benefactor Member" statusu fondun əsas təşəbbüslərini dəstəkləyən və qlobal aviasiya təhlükəsizliyi standartlarının formalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara təqdim olunur:

"Bu statusa malik qurumlar beynəlxalq aviasiya sektorunun aparıcı aviaşirkətləri, istehsalçıları və sənaye innovatorları arasında xüsusi yer tutur.

Bu təşəbbüslər "Azərbaycan Hava Yolları" QSC-nin uçuşların təhlükəsizliyinə dair qlobal öhdəliklərini yeni səviyyəyə daşıyır və ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmiş modernizasiyasını sürətləndirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see234

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see169

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri