AZAL təyyarəsini biz vurmuşuq RUSİYADAN ETİRAF
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyalı politoloq Sergey Markov “Çarıqrad” telekanalının efirində AZAL-ın təyyarəsini Rusiyanın vurduğunu etiraf edib.
Avtosfer.az "Referans.az"a istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva ilə Bakı arasında münaqişə məhz buna görə alovlanıb. “Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Bu təyyarəni biz vurmuşuq və məsələ tamamilə aydındır”, – Markov bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi üzr tələb edir. Necə ki, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən təsadüfən vurulan Rusiya hərbi helikopteri ilə bağlı rəsmi Bakı üzr istəyib. Məhz Azərbaycan tərəfinin üzr istəməsi nəticəsində tərəflər arasında heç bir insident yaranmayıb.
Qeyd edək ki, Rusiyanın rəsmi hakimiyyət orqanları hələ də mülki təyyarənin vurulması və insanların ölümü ilə bağlı təqsiri etiraf etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 29 İyul 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















