Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

AZAL təyyarəsini vurulması hansı dəhşətli faktı üzə çıxartdı?

AZAL təyyarəsini vurulması hansı dəhşətli faktı üzə çıxartdı?

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq hər kəsə aydındır ki, AZAL-ın 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən təyyarəsi Rusiya HHM sistemlərinin hücumuna məruz qalıb və ciddi zədələnib. Həm də o aydın oldu ki, Rusiya vurduğu təyyarənin eniş etməsinə icazə verməyib və onu hava məkanından “qovub”.

Böyük ehtimal, AZAL təyyarəsinin “Pantsir” hədəfinə çevrilməsi təsadüfdür. Ancaq bu fakt Rusiya ilə bağlı dəhşətli faktları üzə çıxartdı:

- Qroznı da daxil olmaqla, Rusiyanın bir çox şəhəri açıq hədəfdir. Ukrayna PUA-ları artıq bir neçə dəfə Qroznıda hərbi obyektləri və aerodromlarda hədəfləri məhv edib;

- Rusiya Moskva və Peterburq istisna olmaqla, digər şəhərlərini qoruya bilmir – o qədər ki, artıq Rusiyanın hava məkanı təhlükəsiz deyil;

- Aydın oldu ki, Rusiya konkret olaraq Qroznıya yalnız 5 PUA hücum edərkən mübarizə apara bilir. Cəmi 4 PUA Qroznı, Mahaçqala, Minvod da daxil olmaqla, bütövlükdə Şimali Qafqazı iflic etdi;

- Rusiya Qroznını qorumaq üçün yalnız son həftədə 2 “Pantsir” gətirə bilib, ancaq bu silahları idarə etməyə qadir olan peşəkarlar, hücum zamanı mükəmməl davranan kadrlar yoxdur. Adi bir dron hücumu Rusiyanı çökdürür, özlərini itirirlər, öz vətəndaşlarının da olduğu mülki təyyarəni vururlar və bundan sonra nə etmək lazım olduğunu belə bilmirlər;

- Rusiya o qədər zavallı hala gəlib ki, dron hücumu zamanı aeroportlarını bağlamağa çatdırıb qərar verə bilmir! Səbəb – PUA-ların vaxtında təsbit edilməməsi, görülməməsidir. Yoxsa Ukrayna PUA-ları az qala min km uçub, gəlib Mahaçqala, Qroznıda bu ölkəni iflic edə bilməzdi. Rusiya qüdrətli ölkə olsaydı, Ukrayna PUA-ları ölkə ərazisinə 20 km-dən artıq nüfuz edə bilməzdir;

- Aydın oldu ki, Rusiya öz dərisini qorumaqda artıq çətinlik çəkir: idarəetmə zəifdir, ali hərbi və siyasi rəhbərlik prosesə nəzarət edə bilmir. Əks halda federasiya subkeytlərinin hər biri özünü qoçu kimi aparmazdı;

- Aydın oldu ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun Qroznıya hücuma görə Ukraynanı “dəhşətlə” hədələməsi boş və mənasızdır. Ukrayna PUA-ları Qroznıdakı hədəfləri darmadağın edəndən sonra Kadırov “qisas” vəd etmişdi. Ancaq “qisas”dan 10 gün keçir, PUA-lar yenə Qroznıda istədiyi obyektə hücum edə bilir və çeçen komandirləri o vəziyyətdə iflic edir ki, onlar mülki təyyarələri vururlar;

- Putin Rusiyası böyük itkilər hesabına Ukraynada irəliləyir, ancaq bu irəliləmə 3 ildir hələ də Donbas ərazisinin tam işğalına gətirib çıxarmayıb. Rusiya o vəziyyətə düşüb ki, Kurskdan Ukrayna qüvvələrini aylardır çıxara bilmir, bunun üçün Şimali Koreyaya yalvarıb, döyüşçü gətizdirir;

- Rusiya o qədər miskin duruma düşüb ki, Ukrayna Moskvanın göbəyində Müdafiə Nazirliyinin strateji qüvvələrinə rəhbərlik edən generalını adi bir miqrantın əli ilə öldürür...

Rusiya niyə Azərbaycandan üzr istəməyə tələsmir, olayı ört-basdır etməyə çalışır?

- Çünki Rusiyanın miskinliyini, zəifliyini dolayısı ilə etiraf etmiş olacaq;

- Çünki Rusiyada təhlükəsiz yer olmadığı ifşa olunacaq;

- Çünki “qüdrətli Rusiya” mifi dağılacaq.

Putin bir “Oreşnik”lə həftələrdir öyünür və bununla dünyanı hədələyir. Ancaq unudur ki:

- Qərb texnoloqları Rusiyanı bütün hərbi sirlərini ortaya qoymağa məcbur etdilər;

- Qərb Ukraynada geri çəkilməklə, Rusiyanın bütün silahlarını üzə çıxarmasına imkan yaratdı.

Rusiyanın üzə çıxarmadığı heç nə qalmayıb – qalsa belə, 1-2 raket ola bilər.

Ancaq Ukraynaya hələ də Qərbin ən məşhur raketləri verilməyib; raketlər bir yana, müharibənin 3-cü ili tamam olur, hələ də Ukrayna 10-15 ədəd istisna olmaqla, F-16-lar almayıb!

Bəs, yüzlərlə F-16, onlarla F-35 verilsə, Rusiya nə günə düşəcək?

Bəs, “Tomohavq” gəlsə, nə olacaq?

Bəs, “Taurus” verilsə?

Bu, hələ illərdir müzakirəsi gedən və verilməyən silahlardır. Rusiya HİMARS və ATACMS-in əlində əsir-yesir qalıb.

İndi isə bəlli olur ki, Ukrayna PUA-ları Rusiyanı iflic etməkdədir.

Hələ Ukraynaya ABŞ-ın MQ-9-ları verilməyib. Ukraynanın zəif dronlarına qarşı müdafiəsi olan Rusiya şəhərləri “Reaper” qarşısında nə günə düşər?

Rusiya 25 dekabrda ifşa olundu – həm də çox eybəcər şəkildə! Məlum oldu ki, öz zəifliklərini ört-basdır etmək üçün Rusiya öz vətəndaşlarının da olduğu təyyarəni zədələyib, onu ölümə tərk etməyə hazırdır!

Böyük dövlət o vaxt olur ki, zəifliyə, xətaya görə üzr istəyir və dərhal zəif cəhətlərin düzəldilməsi barədə qərarlar alır!

Putin bilir ki, bu zəiflikləri düzəltmək mümkün deyil, ona görə də “sovet başı” ilə işləyir: problemin üstünə getmək əvəzinə “ört-basdır” texnolojiyası tətbiq edilir.

Bu, çox ciddi faciələrin soraqçısıdır!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri