Icma.az
close
up
RU
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir

AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib ki, rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysi yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a danışan politoloq Turan Rzayev bildirdi ki, ortada bir problem var və bu problem Rusiyadan qaynaqlanır:

"Hətta bu, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra davam edən silsilə problemlərin, faktiki olaraq, Kremldən qaynaqlandığını göstərir. Azərbaycan da, təbii olaraq, Rusiyadan bir cavab gözləyir. Yəni məsuliyyətin üzərinə götürülməsini və hadisənin etiraf edilməsini tələb edir. Burada əsas məsələ nədən ibarətdir? Məsələ ondadır ki, Rusiya Azərbaycanla Moskva Bəyannaməsini imzalayaraq rəsmi şəkildə bərabərhüquqlu müttəfiq olduğunu qəbul edib. Amma buna rəğmən, belə bir hadisədən sonra məsuliyyətdən yayınmağa çalışaraq Azərbaycanı hadisələri oldu-bitdi kimi qəbul etməyə vadar etməyə çalışır. Yəni sanki “heç nə olmayıb” kimi məsələyə yanaşır. Bu, birinci növbədə hadisənin mahiyyətini kiçiltməyə yönəlmiş bir addımdır. İkincisi isə Azərbaycanı ikinci dərəcəli bir dövlət kimi təqdim etmək cəhdidir".

Ekspertin sözlərinə görə, bütün bu proseslərin fonunda Azərbaycan da suveren dövlət kimi beynəlxalq hüquqdan irəli gələn tələblərini irəli sürür.

"Azərbaycan da haqlı olaraq bildirir ki, "mən sənin qonşunam və bu günə qədər Rusiya ilə heç vaxt düşmən münasibətdə olmamışam, heç bir Qərb koalisiyasında yer almamışam, iqtisadi sanksiyalara qoşulmamışam, həmişə Rusiya ilə xoş qonşuluq və bəzən, dostluq münasibətləri saxlamışam".

Amma Rusiya tərəfi, təəssüf ki, uzun illərdir və bu gün də davam edərək, Azərbaycana keçmiş müstəmləkəsi kimi yanaşır və onu bərabərhüquqlu tərəfdaş kimi qəbul etmək istəmir. Bu baxımdan demək olar ki, Azərbaycanın beynəlxalq hüquq müstəvisində məsələyə yanaşması tamamilə doğrudur. Rəsmi Bakı haqlı olaraq Rusiyanın məsuliyyəti üzərinə götürməsini tələb edir və bu yanaşma beynəlxalq münasibətlər kontekstində tam əsaslıdır. Eyni zamanda Bakı bu mövqeyi ilə bir mesaj da verir: bunun ardı olacaq. Yəni bu məsələ burada bitməyəcək. Əgər Rusiya məsuliyyətdən yayınmağa çalışsa və gərginliyi artırsa, Bakı da buna uyğun şəkildə cavab verəcək. Söhbət təbii ki, hərbi eskalasiyadan və ya müharibədən getmir, bu, aydındır. Amma münasibətlərin pozulması Rusiyanın maraqlarına uyğun deyil. Çünki Rusiyanın Azərbaycanı itirməsi, faktiki olaraq, Cənubi Qafqazı itirməsi deməkdir. Kremlin bunu gözə alıb-almayacağını zaman göstərəcək. Amma Bakının məsələyə yanaşması birmənalı və dəyişməzdir", - deyə T.Rzayev vurğuladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri