Icma.az
close
up
RU
AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb

AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb. SİA AZAL-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.

AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib:

Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması.

Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi.
Davamlı inkişafa və əməliyyat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların və qlobal təcrübələrin tətbiqi.

Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədən NATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlər və birgə seminarlar.

“Strateji yerləşməsinə görə Azərbaycan və Heydər Əliyev Beynəlxalq Aeroportu əsas hava nəqliyyatı mərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilə tərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyat səmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ən yüksək standartlarına cavab verməyə imkan verəcək”, – deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.

NATS-ın Baş icraçı direktoru Martin Rolf isə vurğulayıb: “Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu saziş bizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanının idarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir. Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycana məqsədlərinə çatmaqda köməklik etməyi səbirsizliklə gözləyirəm.”

Qeyd edək ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunun daha da inkişafı, onun regionda lider mövqeyinin gücləndirilməsi və hava nəqliyyatı üçün etibarlı və səmərəli infrastrukturun yaradılması üçün əsas olacaq. NATS ilə əməkdaşlıq sərnişinlərə və aviaşirkətlərə gecikmələrin azaldılması, uçuşların təhlükəsizliyinin artırılması və davamlı inkişafın dəstəklənməsi daxil olmaqla təkmilləşdirilmiş təcrübə təqdim edəcək qabaqcıl texnologiyaların tətbiqinə imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri