Icma.az
close
up
RU
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, Rusiya prokurorluğuna haqq ödəyir

AZAL vurduğu ziyanı ödəmək əvəzinə, Rusiya prokurorluğuna haqq ödəyir

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!

23.07.2024-cü ildə J28632 Soçi- Bakı reysinə Soçi aeroportunun, özəlliklə AZAL-ın RF-Soçi nümayəndəliyinin korrupsiyaya uğraması sonucunda reysə buraxılmamağımıza görə dəyən ziyanı daşıyıcı AZAL 14 aydır ödəməkdən imtina edir. Vətəndaşı olduğumuz, Konstitusiyanın 53-cü maddəsi ilə təminat verdiyi hüquqi müdafiəmizi və himayəmizi  gerçəkləşdirməyə borclu olan  Azərbaycan Respublikasının nə Xarici İşlər Nazirliyi, nə RF-dəki səfirliyi, nə diasporası, nə yerli hakimiyyət orqanları- Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, ombudsman, məhkəmələr pozulmuş hüququmuzun müdafiəsinə çaba göstərir. Hamısı AZAL-ın qeyri-prosessual sifarişini, yəni RÜŞVƏTİNİ vətəndaşın, insanın hüququndan üstün tutur.  XİN-in xaricdə- Rusiyada müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarını  hüquqi müdafiə etməsi , onları himayə etməsi Konstitusiyanın özü kimi sözdən o yana keçmir.

Heç sözdə də XİN-in səsi çıxmır. Halbuki biz müalicəyə getdiyimiz Rusiyada “lotuluqla” reysə buraxılmamağımızdan 2000  manat maddi ziyan çəkdiyimizi, mənəvi ziyanın ölçüyəgəlməz olmasından, Azərbaycan vətəndaşı kimi aşağılanmaqdan XİN-ə, RF-dəki səfirliyə 14 aydır şikayət edirik, ən yaxşı halda daşıyıcı AZAL-ın özbaşınalığını müdafiə edən saxta cavabını BİRCƏ DƏFƏ olduğu kimi təkrar edib. Vətəndaşın hüququ belə qorunur?   Bu günlərdə Özbəkistan Respublikasının XİN-inin hətta müraciət etməyən vətəndaşının Rusiyada “qul” adlandırılmasına kəskin reaksiyası, nota verməsi Azərbaycan XİN-ə, RF-dəki səfirliyə, AZAL-ın özünə dərs olacaqmı? Çətin, AZAL sərnişinə vurulan ziyanı ödəməmək üçün 14 aydır elektron qaydada şikayətimiz əsasında araşdırma aparan  Rusiya prokurorluğunu RÜŞVƏTLƏ susdurur. Vətəndaşın hüquqi müdafiəsinə, himayə olunmasına baxın, AZAL vurduğu ziyanı ödəmək yerinə, Rusiya prokurorluğuna, Azərbaycan məhkəmələrinə haqq verir, yerli prokurorluğu, ombudsmanı, XİN-i tam hərəkətsiz duruma salıb. Nəsimi məhkəməsi (h. Ramin Xəlilov) 10 aydır cavabdehin vəkili rolunda çıxış edir, heç bir müraciətimizə, AZAL-da olan sərnişin siyahısının, kamera görüntülərinin məhkəməyə təqdim edilməsi barədə vəsatətlərimizə baxmır, dövlət hesabına vəkillə təminatımızdan qərəzlə imtina edir ki, gəlirlərimiz vurulan ziyanı ödəməyə, vəkilin haqqını qarşılamağa çatar ; işin arbitrajın həllinə verilməsini özü təklif etməli olsa da, bu hüquqa da kobud qadağa qoyub, 6 aydır 6 (??) şikayətimizi apellyasiya instansiyasına göndərmir. Bəs AZAL niyə kamera görüntülərini, sərnişin siyahısını təqdim etmir, RF prokurorluğuna, yerli məhkəməyə rüşvət verib, əsas sübutları “qara qutu” kimi gizlədir? Çünki bu sübutlar əyani şəkildə gecikmədiyimizi, Soçi aeroportunun, AZAL-ın Azərbaycan vətəndaşlarına cinayətkar saxtalığını ortaya qoyur. Reysə “xidmətə” baxın, heç Bakı reysinin uçuş qapısı da lövhədə işıqlandırılmır, uçuşa miniyin başlanması elan edilmir. Bizim 1-ci və 2-ci dərəcəli əlil cütlüklər kimi hüququmuzun pozulmasını isə AZAL RF prokurorluğuna “bu barədə sənəd, məlumat verilməməsi” saxtalığı ilə izah edib. (Halbuki biz Azərbaycan Səhiyyə Nazirliyinin rəyini öncədən, RF-ninki qayıdanda təqdim etmişik) . Əlil cütlüyün birinə 31A, o birinə 38C yerlərinin verilməsini də RF prokurorluğu AZAL-ın Soçi aeroportundakı kassasının özəl “rüşvət xidməti” sayıb. Ən maraqlı rüşvət xidməti sərnişin siyahısı ilə bağlı olub. RF prokurorluğu bizim yerlərin “1944-cü il Çikaqo Konvensiyasına əsasən, ƏVƏZSİZ olaraq (“BEZVOZMEZDNO”) RF-dən DEPORT edilən Azərbaycan vətəndaşına verildiyini” Soçi aeroportundakı AZAL-ın rüşvətxorlarına istinadla bildirib. İndi 14 aydır bu deport edilən vətəndaşın nə kimliyi bildirilir, nə də hansı haqla 1-ci dərəcəli Qarabağ qazisinin qanpulusu hesabına uçmasına qiymət verilir. Axı bu AZAL-la RF prokurorluğunun NAĞILIDIR! Məhkəməyə təqdim etdiyimiz RF prokurorluğunun şikayətimizə cavabını da AZAL RF-dəki nümayəndəliyi vasitəsilə saxtalaşdırıb, prokurorluqdan “əsl” cavab alıb ki, biz uçuşa 19-20 dəqiqə yox, 14-15 dəqiqə qalmış minik qapısında olmuşuq. Sual olunur: RF prokurorluğunun cavabı bizim şikayətimizə verilibsə, AZAL bu cavabı haradan əldə edib və RF prokurorluğuna cavabı “korrektə” etdirib? Elə bu “korrektə” sübut edir ki, RF prokurorluğu cavabını AZAL-ın rüşvəti ilə yazıb, indi isə AZAL ona rüşvətə uyğun cavab vermədiyinə görə “korrektorluq” etdirib. Lap tutaq ki, 14 dəqiqə qalmış minik qapısında olmuşuq, yəni bir dəqiqə gecikmişik. Axı cavabda yazılır ki, biz minik qapısında olanda artıq  qapı bağlı olub, uçuş başa çatıb və bundan sonra bizim yerlərimiz RF-dən deport olunan Azərbaycan vətəndaşına verilib! Bu anlaşılmazlığı necə “korrektə” etmək olar, biz uçuşa gecikmişik, minik başa çatıb və  yerlərimizdə əvvəlcədən başqaları oturub? (??) Axı həmin bizim yerimizdə oturan deport olunan şəxsin biz gecikən vaxtdan sonra uçağın bortunda ola bilməsi mümkündür! AZAL və RF prokurorluğu isə cinayətkar saxtalıqla bildirir ki, biz 6-46-da minik qapısına çatanda artıq minik başa çatıb, qapı bağlı olub və yerlərimiz də tutulub. (??) Elə bu anlaşılmazlığa görə də RF baş prokurorluğuna bu cavabdan şikayətimizə 8 aydır cavab yoxdur.

Bizim reysə buraxılmamığımıza görə daşıyıcının məsuliyyəti 12 oktyabr 1929-cu il tarixli Varşava Konvensiyası (1975-ci il Haaqa, 28 may 1999-cu il tarixli Monreal Konvensiyası ilə təkmilləşdirilib)  ilə tənzimlənir. “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiyasının 22-ci maddəsinə görə, ləngimə zamanı (biz isə nəinki ləngidilmişik, heç uçuşa buraxılmamışıq) daşıyıcının məsuliyyəti hər sərnişinə münasibətdə 4150 xüsusi borcalma hüququ (yəni 4150 avroya ekvivalent valyuta) ilə məhdudlaşır.

Onu da vurğulayaq ki, sərnişinlərin  ölümü halında bu məbləğ 100.000 avro təşkil edir. Yəni 25.12.2024-cü ildə Rusiyada vurulan uçaqdakı  sərnişinlərin 38-inin hər birinin ailəsinə 200 min manat verilməlidir. Olayın terror olması isə əlavə ödənişlər və kompensasiya tələb edir. AZAL özü beynəlxalq sazişə uyğun bunu ödəməli, sonra RF-dən  tələb etməlidir. AZAL isə beynəlxalq qanunu yox, yerli “rüşvət “qanunvericiliyini” əsas tutur.

Məğrur BƏDƏLSOY

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri