AZALa məxsus təyyarənin qara qutularının deşifrəsi Braziliyada olacaq
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
AZAL-a məxsus təyyarənin qara qutularının deşifrəsi Braziliyada olacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer 190” təyyarəsinin registratorları öyrənilmək üçün Braziliyaya göndəriləcək, Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Uçuş qeydiyyatçılarının (qara qutular) “Embraer”in istehsalçısı olan Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Beynəlxalq Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasına əsasən, təhqiqat aparan ölkənin qara qutuların deşifrə edilməsi üçün yer seçmək hüququ var.
Onu Braziliyaya göndərmək qərarı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələri və Rusiya və Azərbaycanla məsləhətləşmələrdən sonra qəbul edilib.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:AZALa məxsus təyyarənin “qara qutu”larının deşifrəsi tamamlandı
07 Yanvar 2025 01:30
Qazaxıstanlı nazir müavini: Təyyarənin qara qutularının deşifrəsi qəzanın tam mənzərəsini ortaya qoyacaq
30 Dekabr 2024 19:11
AZALa məxsus təyyarənin vurulması Rusiyadakı “bespredel”in göstəricisidir
27 Dekabr 2024 16:30
Təyyarənin “qara qutu”ları Braziliyada risk altındadır? Sensasion iddia
30 Dekabr 2024 18:10
Rusiya AZALa məxsus təyyarənin Xəzərdə batacağını gözləyirdi Pilotla MÜSAHİBƏ
26 Dekabr 2024 22:32
Baxış sayı:144
Bu xəbər 30 Dekabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















