Azalan doğum ordunu kiçiltdi Cənubi Koreya əsgər tapa bilmir
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Cənubi Koreya ordusundakı əsgər sayı son altı ildə 20 faiz azalaraq 450 min nəfərə enib.
Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, bu azalmanın əsas səbəbi məcburi hərbi xidmət yaşında olan kişi əhalinin kəskin şəkildə azalmasıdır.
Dünyada ən aşağı doğum səviyyəsinə malik olan ölkədə bu vəziyyət zabit heyətində boşluqlar yaradır və uzunmüddətli perspektivdə əməliyyat imkanlarına təsir göstərir.
2000-ci illərin əvvəlində ölkədə əsgərlərin sayı təxminən 690 min olub. 2010-cu illərin sonlarında kiçilmə prosesi sürətlənib və 2019-cu ildə bu rəqəm 563 minə düşüb.
2019-2025-ci illər arasında 18 aylıq məcburi hərbi xidmət edən 20 yaşlı kişi əhalinin sayı 30 faiz azalaraq 230 min nəfərə geriləyib. Ölkədə bəzi dairələr çatışmazlığı aradan qaldırmaq üçün qadınların da hərbi xidmətə cəlb edilməsini təklif edir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















