Icma.az
close
up
RU
AZALın təyyarə bələdçisi: İndi o mesajlara baxanda özümə gələ bilmirəm AZƏRTAC

AZALın təyyarə bələdçisi: İndi o mesajlara baxanda özümə gələ bilmirəm AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 29 dekabr, AZƏRTAC

Hökümə ilə dostluğumuz AZAL-ın Bakı-Mumbay-Bakı reysində başlayıb. Onunla otaq yoldaşı olmuşam. Ezamiyyət günlərində sevincimizi, kədərimizi bölüşmüşük. Həmin səfərdən videolarımız da qalır. Bakıya qayıdandan sonra o, hər uçuşdan əvvəl mənə mesaj yazıb, uğurlar arzulayardı. İndi o mesajlara baxanda özümə gələ bilmirəm.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində AZAL-ın təyyarə bələdçisi Çinarə Məmmədova Bakı-Qroznı uçuşunu yerinə yetirərkən Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökümə Əliyeva haqqında danışarkən deyib. Çinarə həmkarı Hökümənin işində çox peşəkar, bütün təlimatlara uyğun hərəkat edən, həmkarları arasında subardinasiyanı qoruyan bir işçi kimi tanındığını bildirib.

“Hadisəni eşidəndə biz Bakı-Pekin-Bakı reysi ilə əlaqədar Pekin şəhərindəydik. Xəbəri eşidəndə yayılan siyahıda həmkarlarımın adını axtarmağa başladım və ekipaj üzvləri arasında Hökümənin adını görəndə çox pis oldum”, - deyən Çinarənin gözləri dolur.

Hökümə Əliyeva haqqında bir xatirəsini paylaşan Çinarə Məmmədova deyib: “Mumbay reysindən qayıtdıqdan sonra onu növbəti dəfə Dehli reysinə yazmışdılar. Hökümə ismarıc yazaraq, mənim də həmin uçuşda olub-olmayacağımı soruşdu. Amma mən həmin vaxt məzuniyyətdə olduğum üçün o uçuşda iştirak edə bilmədim. Peşmanam, kaş ki, məzuniyyətdə olmazdım, Hökümə ilə yenə birgə uçardım”.

Çinarə Məmmədova bildirib ki, pilotlarımız, ekipaj üzvləri onlarla insanın həyatını xilas etməklə bütün dünyaya Azərbaycan pilotlarının peşəkarlığını sübut edib.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə 38 nəfər, o cümlədən heyət üzvləri - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva həlak olub, 29 nəfər yaralanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri