Icma.az
close
up
RU
AZALın təyyarəsi Rusiya HHM qüvvələri tərəfindən vurulub

AZALın təyyarəsi Rusiya HHM qüvvələri tərəfindən vurulub

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

İilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşdığı zaman Rusiya Hava Hücumundan Müdafiə (HHM) sisteminin “Pantsir-S” kompleksi tərəfindən hücuma məruz qalıb. SİA xəbər verir ki, bu barədə Caliber.Az-ın redaksiyasına hökumətə yaxın etibarlı mənbələrdən məlum olub.

Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa olunub.

Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş həyata keçirilən zaman Rusiya HHM sistemləri Ukraynaya məxsus PUA-ları vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının sədri Xamzat Kadırov 25 dekabr səhəri Qroznıya PUA hücumunun baş verdiyini təsdiqləyib və bu zaman xəsarət alanların və dağıntıların olmadığını bildirib. Bu halda Rusiya tərəfi mülki təyyarələr üçün öz hava məkanını bağlamalı idi, lakin bu, edilməyib. Çeçenistan üzərində niyə uçuşların qadağan edilmədiyi isə böyük bir sualdır.

Məlumdur ki, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, Məhəccələ və Mineralnıye Vodı hava limanlarında da təyyarəmizə eniş icazəsi verilməyib. HHM hücumuna və REM sistemlərinin təsirinə məruz qalan və dezoriyentasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Təyyarənin Xəzər dənizinə düşməsi, bütün şahidlərin həlak olması və təyyarənin batması üçün bu tövsiyənin verildiyi ehtimal edilə bilər. Lakin bu, bizim fərziyyəmizdir.

Rus mətbuatında yayılan alternativ versiyalar isə ictimaiyyəti çaşdırmaq məqsədilə məqsədyönlü dezinformasiyadır. Təyyarənin salonundan çəkilmiş videolar iki sərnişinin qəlpə yarası aldığını sübut edir. Bortdan kənarda eşidilən partlayışlarla bağlı şahid ifadələri isə HHM sistemlərinin işini təsdiqləyir.

Hadisənin araşdırılmasında iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun məqsədli şəkildə edildiyini iddia etmir. Lakin mövcud faktlar nəzərə alınaraq, Bakı Rusiyanın Azərbaycan təyyarəsini vurduğunu etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparılmasını gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Dekabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri